Çempionlar liqasında sonuncu vəsiqənin sahibi “Lion” oldu

0
558

Çempionlar liqasında qrup mərhələsi oyunlarına yekun vurulub.

Arazinfo.com-un verdiyi xəbərə görə, növbəti mərhələyə sonuncu vəsiqənin sahibi “Lion”-Şaxtyor oyununda məlum olub. Səfərdə donetsklilərlə 1:1 bərabərliyə qalan lionlular növbəti mərhələyə adlayıblar. Ukrayna komandası isə mübarizəni Avroliqada davam etdirəcək.

Moskvanın SSKA komandası birinci oyunda evdə olduğu kimi səfərdə də “Real” Madridə qalib gəlib. Bu dəfə rusiyalılar rəqiblərinə 3:0 hesabı ilə qalib gəlsələr də bu, onlara Avroliqaya vəsiqə qazanmağa imkan verən 3-cü yeri tutmağa yardım edə bilməyib. Belə ki, “Yanq boyz” komandası öz meydanında “Roma”ya 2-1 hesabı ilə qalib gələrək Avroliqada oynamaq hüququ əldə edib.

Beləliklə Çempionlar Liqasında növbəti mərhələdə bu komandalar oynayacaqlar:

“Bavariya”, “Borussiya” (Dortmund),”Şalke” ( Almaniya), “Barselona”, “Real”, “Atletiko” (hamısı İspaniya), “Yuventus”, “Roma” (hər ikisi İtaliya), PSJ, “Lion” (hər ikisi Fransa), “Porto” (Portuqaliya), “Ayaks” (Hollandiya)”Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem”, “Liverpul” (hamısı İngiltərə).

Çempionlar liqasında3-cü yeri tutan bu komandalar isə Avroliqada top qovacaqlar:

“Benfika” (Portuqaliya), “Valensiya” (İspaniya), “Viktoriya” (Çexiya), “Şaxtyor” (Donetsk, Ukrayna) “Napoli”, “İnter” (hər ikisi İtaliya), “Qalatasaray” (Türkiyə), “Brügge” (Belçika).