Lukaşenko üçün “Donbas ssenarisi”: Putin bu kartı…

0
660

Rusiya prezidenti Vladimir Putin Qərbə təzyiq göstərmək üçün Belarusda “hibrid müharibəsi”nin başlanmasına təşəbbüs edə bilər.

Publika.az xəbər verir ki, bunu Ukraynanın “Obozrevatel” nəşrinə Avroatlantik Əməkdaşlıq İnstitutunun hərbi eksperti İqor Koziy deyib.

“Lukaşenkonun siyasəti hələ ki, ona Rusiya, Ukrayna və digər dünya ölkələri arasında tarazlıq qurmağa imkan verir. Amma dəqiq anlamaq lazımdır ki, bu məsələ Lukaşenkoya aid deyil. Bu, yalnız bir insana – Putinə aiddir. Ümumiyyətlə, bu ssenarinin ehtimal edilmədiyini demək olmaz. Bu ssenari mümkündür”, – ekspert bildirib.

Hərbi ekspertin fikrincə, hazırda Belarus məsələsi Ukrayna və Suriyadakı müharibəyə görə Putin üçün aktual deyil. Amma onun fikrincə, Putin bu kartı gələcəkdə oynaya bilər: “Mən bu ssenariyə Putinin variantlarından biri kimi baxardım. Amma Lukaşenko hələ ki öz oyununu aparır”.

Qeyd edək ki, sosial şəbəkələrdə tez-tez Belarusda Rusiya güc strukturları və terror təşkilatlarının fəallığı haqqında informasiyalar meydana çıxır. Bəzi fikirlərə görə, Kreml Qərblə yaxınlaşacağı halda Minsk üçün “Donbas ssenarisi”ni həyata keçirəcək.

Daha əvvəl Amerikanın “Valuewalk.com” saytı Rusiyanın Belarus və Qazaxıstana hücum təhlükəsinin ABŞ-ın yeni prezidenti üçün ən böyük problemlərdən biri ola biləcəyini yazıb. Amerika analitiklərinin fikrincə, əgər ABŞ buna qarşı durmasa, Rusiya prezidenti Vladimir Putinin iki böyük post-sovet dövlətinə hücumu “soyuq müharibə”dən sonra qurulmuş dünya nizamını qəti şəkildə dağıdacaq. Bildirilir ki, Rusiyanın Belarus üzərində nəzarəti Rusiya Silahlı Qüvvələrini NATO üzvləri olan Polşa və Litva sərhədlərinə gətirib çıxaracaq.

Yazıda bildirilir ki, qonşu dövlətlərdə etnik rusların “ekstremistlər”dən müdafiəsi və vətənin “NATO müdaxiləsi”ndən qorunması Putinin ölkəni birləşdirmək üçün yeganə üsuludur. “Valuewalk.com” hətta Rusiyanın yaxın iki ildə Belarus və Qazaxıstana hücum edəcəyini iddia edib.

BIR CAVAB BURAXIN