“Yuventus” çempionlar kubokunu qazanmağın bir addımlığında

0
677
 

Mayın 9-da UEFA Çempionlar Liqasının yarımfinal qarşılaşmaları çərçivəsində ilk cavab oyunu keçirilib.

Turinin “Yuventus” klubu öz meydanında turnirin sürprizi Fransanın “Monako” kollektivini qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Yuventus”un heyətində Mandzukiç və Dani Alveş fərqləniblər, “Monako”nun yeganə qoluna isə Mbappe imza atıb.

İlk matçda səfərdə rəqibini 2:0 hesabı ilə məğlub edən “Qoca sinyora” finala vəsiqə qazanıb.

Beləliklə, 2 ildən sonra “Yuventus”un rəqibi finalda yenə İspaniya təmsilçisi olacaq. Fərq isə ondadır ki, “Qoca Sinyora” “Barselona” ilə yox, Madrid “Real”ı və ya “Atletiko” ilə üz-üzə gələcək. Paytaxt təmsilçilərinin “Santyaqo Bernabeu” stadionunda keçirilmiş ilk görüşündə “kral klubu” qələbə qazanıb – 3:0. Cavab görüşü bu gün olacaq.

Xatırladaq ki, “Yuventus” 2014-2015 mövsümündə finalda “Barselona”ya 1:3 hesabı ilə uduzub. Bu dəfə həlledici qarşılaşma iyunun 3-də Uelsin paytaxtı Kardiff şəhərindəki “Millenium” stadionunda olacaq.

BIR CAVAB BURAXIN