Bu, Türkiyənin gələcək böyük bəlaların qarşısını indidən almasıdır

0
351
Sizcə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrin hərəkatına doğru zamandamı qərar verdi? Bəlkə elə ABŞ özü qəsdən Ankaranı bu savaşa sürüklədi? Sizin qənaətiniz nədir bu barədə?
Moderator.az-ın  əməkdaşı Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlıya verdiyi bu suallara aşağıdakı cavabı alıb:
“Əslində Türkiyə öz sərhədlərinin təhlükəsizliyini qorumaq üçün daha əvvəllər də hərbi əməliyyatlara başlamaqda qərarlı idi. Amma diplomatik fəaliyyətlərlə bunun beynəlxalq normalara uyğunluğunu təmin etməli idi. Bu zaman içində bunu etdi. İndi Afrinə əməliyyatlar başlanarkən ona etiraz edən ölkə və ya beynəlxalq təşkilat yoxdur. PKK-nın arxasında olan güclər də, onu silahlandırmaqda olan ABŞ da buna qarşı gedə bilmir, Amerika bu və ya başqa şəkildə Türkiyənin qarşısına çıxacaq. Ola bilsin Afrində deyil, Münbiçdə çıxsın, çünki Münbiçin əldə edilməsi PKK-nın və  ABŞ-ın bu bölgədə apardığı siyasətin sonu demək olacaq. Türkiyə qərarlıdır. Bunu Ərdoğan da söylədi ki, artıq bizim üçün kimin nə düşündüyünün əhəmiyyəti yoxdur. Məncə, bəzilərinin dediyi  kimi bu savaşa sürüklənmə deyil, gələcək böyük bəlaların indidən önlənməsidir. Biz hamımız Türkiyəmizin bu həmləsinə dəstək verməliyik. Tanrı Türkü qorusun və bu savaşda qələbəsini təmin etsin”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

fourteen + 6 =