Türkiyənin Mata Harisi:Hitler üçün oynayan agent Əminə

0
617

Qadın rəqqasə və agent deyilərkən ilk ağıla gələn sima Mata Hari olur. Türkiyənin Mata Harisi isə 1910-cu ildə İstanbulda doğulan Əminə Ədalət Peedir.

Onunla bağlı arxivlərdə yetərincə olsa foto və sənəd yoxdur. Amma araşdırdıqda çox maraqlı həyat hekayəsi ortaya çıxır.Arazinfo.com qaynarinfo-ya istinadəncümhuriyyət dönəmində vətənə xidmət edən rəqqasə ilə bağlı maraqlı faktları təqdim edir:

Orta məktəb illərində səhnə ilə tanış olan Əminə 14 yaşında Almaniyaya köçüb və burda da rəqs etməyə başlayıb. Burda əmisinin qayını Anri Pee ilə evlənərək onun soyadını qəbul edib.

Qısa zamanda Almaniyada məşhurlaşan türk qızı bir axşam yenə səhnədə olarkən bir faşist zabiti ona yaxınlaşıb və Adolf Hitlerin təbliğat naziri Yozef Goebbelsin onunla görüşmək istədiyini deyib.

Əminə Ədalət bu təklifi qorxaraq da olsa, qəbul edib. Və bir anda özünü Goebbelsin malikanəsində görüb. Burda Goebbels ona almanlar üçün casusluq etməsini təklif edib. Amma Əminə təklifi düşünəcəyini deyərək oranı tərk edib.

Almanlar üçün casusluq etməkdən imtina edən Ədalət həyat yoldaşı ölənə qədər Almaniyadan Türkiyəyə məlumat ötürməyi davam etdirir. 1942-ci ildə Türkiyəyə dönsə də, burda çox qalmır.

Hitlerin köməkçisi Freglayr ilə yaxın münasibətləri onun işinə yarayıb. Bu yaxınlıq sayəsində Hitler üçün özəl rəqs edir və bununla da faşist liderə yaxınlaşır. Amma o, sadəcə bir rəqqas deyil, MAH-ın (Milli Amale Hizmet), yəni Türkiyənin ilk Milli İstihparat Təşkilatının agenti idi.

Əminə Ədalət almanların Parisi işğal edəcəyi barədə məlumatı Ankaraya çatdırıb. Bu məlumat həmin vaxt çox önəmli idi. Çünki almanların Parisi işğal edəcəyini ağlından keçirmirdi. Bununla da Türkiyə Parisdəki vətəndaşlarını vaxtında şəhərdə çıxararaq onların zərər çəkməsinin qarşısını alıb.

Əminə yaxınlarına Mustafa Kamal Atatürkün səhnədəki uğurlarına görə onun yanağından öpdüyünü və buna görə bir həftə üzünü yumadığını deyib.

O, səhnə həyatına 70 yaşına qədər davam edib. “Yanık Kaval”, “Uçuruma Doğru”, “Deniz Kızı” kimi filmlərdə rol alıb. 1985-ci ildə isə Darülacezedə vəfat edib.

BIR CAVAB BURAXIN