Bu qəsəbədə kişi yoxdur, qadınlar ərlərini qovurlar – FOTOLAR

0
568

Bu qəsəbədə kişi yoxdur, qadınlar ərlərini qovurlar - FOTOLAR

Braziliyanın cənub-şərqində Noiva do Kordeiro qəsəbəsində yalnız qadınlar yaşayır. Bu qəsəbədə 600-dən çox qadın qalır. Onların çoxu 35 yaşdan yuxarıdır. Qadınlardan bəziləri evli olsalar da, həyat yoldaşlarının özləri ilə yaşamasına icazə vermirlər.

Bu səbəbdən qəsəbədəki qadınlar ərə getməmişdən əvvəl sevgililəri qarşısında şərt qoyurlar ki, onlar bu qəsəbədə tək yaşayacaqlar.

Qəsədəbə olan oğlan uşaqları da 18 yaşdan sonra buradan çıxarılır. Buranın qadınları həyat yoldaşlarına yalnız həftə sonlarında qəsəbəyə girməyə icazə verirlər. Noiva do Kordeiro qəsəbəsinin sakinləri hər bir işi özləri görür.

Qadınlar bu qəsəbəni çox sevdiklərini və evlənəndən sonra da, buradan çıxmaq istəmədiklərini deyirlər.

Qəsəbə sakinlərinin bir şüarı var: “Həyat kişilər olmadan çox gözəldir!” (metbuat.az)

Bu qəsəbədə kişi yoxdur, qadınlar ərlərini qovurlar - FOTOLAR
Bu qəsəbədə kişi yoxdur, qadınlar ərlərini qovurlar - FOTOLAR

BIR CAVAB BURAXIN