Britaniyada minlərlə xristian məscidlərə axışdı…

0
683
Ötən istirahət günü Böyük Britaniyada  minlərlə xristian ölkə boyu İslam ibadətgahlarını ziyarət edib.
Bu haqda “The Guardian” nəşri xəbər yayıb.  Britaniya Müsəlmanları Şurası tərəfindən fevralın 18-i ölkədə  “Mənim məscidimə ziyarət günü” aksiyası keçirilib.  Bu səbəbdən 200-dən çox məscidin qapıları bütün dinlərin nümayəndələrinə açılıb. Baş nazir Tereza Mey, London meri Sadiq Xan, xristian yepiskop Tobi Xovartın və s. də qatıldığı məscid ziyarətlərində  on minlərlə insan iştirak  edib.
Böyük Britaniyanın baş naziri Tereza MeyMaydenhed məscidini ziyarət edib və məsciddə çıxış edib. “Bu gün İslamı öyrənmək və onun sülh dini olduğunu dərk etmək üçün böyük bir fürsətdir”, – deyə T.Mey bildirib.
 
London meri Sadiq Xan Əl-Mənar müsəlmanların mədəni irsi mərkəzinin nəzdindəki məscidi ziyarət edib və burada olmaqdan məmnun olduğunu bildirib:
“Londonda, biz nəinki müxtəlifliyə dözümlü yanaşırıq, biz buranı sevirik.
Buna görə də daha açıq və əhatəli bir cəmiyyət qurmağımıza kömək etmək üçün bu böyük təşəbbüsü dəstəkləməkdən çox məmnunam”.
 
Leyboristlər Partiyasının lideri və parlament üzvü Ceremi Korbin də Açıq məscid günündə iştirak edib. O, Londonda bir il öncə islamofob terrorçununfurqonla hücumuna məruz qalmış Finsberi Park məscidini ziyarət edib.
“İslamofobiya cəmiyyətimiz üçün gerçək problemdir” – deyə Korbin məsciddə yığılmış müxtəlif dinə mənsub insanların önündə etdiyi çıxışında söyləyib. “Küçələrdə gündəlik irqçi hücumlara məruz qalmaları barədə mənə dəhşətli hekayələr söyləyən müsəlman qadınlarla ünsiyyətdə oldum. Əgər bu gün küçədə qadınlara hicablarına görə hücum edirlərsə, bu, onlara qarşı haqsızlıqdır və eyni zamanda bizə dəqarşı haqsızlıqdır”, – deyə ingilis siyasi lider bildirib.moderator.az

BIR CAVAB BURAXIN