Braziliya Meksikaya, Belçika Yaponiyaya qarşı

0
486

DÇ-2018 davam edir.  Bu gün 1/8 finalda daha iki qarşılaşma baş tutacaq.

 

Əvvəlcə Braziliya ilə Meksika qarşılaşacaqlar. E qrupunu lider olaraq tamamlayan “sambaçılar” F qrupunun ikincisi ilə matçda 1/4 finalı hədəfləyir. Mundialın əsas favoritlərindən hesab olunan “pentakampeonlar” mərhələni itkisiz keçmək istəyir.

 

Günün ikinci qarşılaşmasında isə Belçika ilə Yaponiya üz-üzə gələcəklər. G qrupunda 3 oyunda 3 qələbə ilə maksimum nəticə göstərən “qırmızı şeytanlar” növbəti mərhələyə son anda “fair-play” qaydası ilə çıxan asiyalılar qarşısında favorit hesab olunur.

 

DÇ-2018

1/8 final

2 iyul

 

18:00. Braziliya – Meksika

Baş hakim: Canluka Rokki (İtaliya)

Samara, “Kosmos Arena”

 

22:00. Belçika – Yaponiya

Baş hakim: Malanq Dyedyu (Seneqal)

Rostov, “Rostov Arena”

BIR CAVAB BURAXIN