“Biz toyu şou naminə etmirik” – Natavan

0
701

"Biz toyu şou naminə etmirik" - Natavan

  

 

 

 

 

 

 

 

 

 

 

“Nişanlanmağım haqda heç nə demirəm, deməyəcəm də. Bu, mənim şəxsi işimdir. İstəmirəm ki, şəxsi həyatımla bağlı kimsə məndən daha çox məlumatlı olsun. Mən heç kimin şəxsi işi ilə maraqlanmıram”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Natavan Həbibi “ARB Ulduz”da yayımlanan “Şou məkan” verilişinə açıqlamasında bildirib.

Sənətçi şəxsi həyatı ilə bağlı bundan sonra açıqlama verməyəcəyini deyib:

“İstəmirəm kimsə mənim şəxsi işimlə maraqlansın, müdaxilə etsin. Bu, çox ciddi məsələdir, qarşı tərəf çox ciddi insandır. Biz bunu şou naminə etmirik”.

N.Həbibi ailə qurduqdan sonra toylara getməyəcəyini söyləyib:

“Demək olar ki, artıq, sənətlə məşğulam. Elə məclislər var ki, mən ora mütləq getməliyəm. Saytlar, televiziyalar və şou proqramlar artıq yoxdur”.

BIR CAVAB BURAXIN