Bir cüt brilliant sırğa – 57 milyona

0
913

Bir cüt brilliant sırğa

İsveçrənin “Sothebys” hərracında hər biri 16 karat olan brilliant sırğa ollar qiymətə – 57.4 milyon ollar satılıb.

“Arazinfo”nun “Qafqazinfo”ya ıstınadən verdiyi məlumata görə sırğaların ilkin dəyərləndirmədən aşağı qiymətə satıldığı bildirılir. Sırğaların 70 milyon dollara satılacağı gözlənilirdi. Heç bir qüsuru olmayan hər iki daş Cənubi Afrika Respublikasındakı mədəndən hasil edilib.

Sırğaları alan şəxs adının açıqlanmasını istəməyib.

Sırğalar “Appollo və Artemis” adını alıb. Onlar rəngi istisna olmaqla tamamilə eynidilər “Artemis” briliantı çəhrayı, “Apollo” isə mavi rəngdədir. Buna görə briliantların qiyməti də fərqlənir. “Artemis” daşı 15.5 milyon dollara, “Apollo” isə 42,5 milyon dollara satılıb.

Qiymətlərdəki fərq mavi brilliantın çəhrayı ilə müqayisədə nadir rast gəlinən brilliant olmasıyla izah olunub.

BIR CAVAB BURAXIN