BDU məzunu Mərkəzi Amerikanın ən məşhur yazıçısı oldu

0
512

Bakı Dövlət Universitetinin məzunu Dario Yusedu Roke öz vətənində – Hondurasda ən məşhur və tanınan yazıçıya çevrilib. Adlı-sanlı yazıçı əslində hüquqşünas olmalı idi, lakin tale başqa oyun oynayıb.

Virtualaz.org xəbər verir ki, Honduras vətəndaşı BDU-nu 1981-ci ildə bitirib. O zaman Bakıdakı ali məktəblərdə Afrikadan, Asiyadan və Mərkəzi Amerikadan xeyli gənc təhsil alırdı. Məhz Bakıda oxuyarkən Dario Roke ilk hekayələrini vətənində dərc etdirib.

Bu gün o, Tequsiqalpada Olanço Ədəbiyyat Cəmiyyətinin qurucusudur. Cəmiyyətin məqsədi gənc müəlliflərin dəstəklənməsidir.

“Bu gün Hondurasda ədəbiyyat çətin günlərini yaşayır. Dövlət dəstəyi, demək olar ki, yoxdur. Mədəniyyətimizdə baş verənlərə dövlət əhəmiyyyət vermir. Hətta idmana mədəniyyətdən daha çox pul ayrılır. Gənclər qələmlərini sınaqdan keçirə bilmir. Yazandan sonra onlar bu hekayələri dərc etməyə yer tapmırlar, maddi gəlirdən isə danımağa dəyməz”, – Dario Roke dərdini “Siempre” nəşrinə danışır.

Yazıçı qeyd edir ki, Mərkəzi Amerikada ədəbiyyat bumu ötən əsrin 70-ci illərində Qabriel Qarsia Markes və Mario Varqas Lyosa kimi dahilərə görə başlayıb.

“Həmin dövr Latın Amerikası ədəbiyyatına böyük təsir göstərib, çox istedadlı yazıçılar meydana gəlib. Lakin bu dövr keçib və ədəbiyyat tədricən ölür. Hondurasda yeni yazıçılar və şairlər peyda olur, fəqət onların ulduzu çox tez sönür. İlk uğurlarından sonra gənc ədiblər yox olur. Bizə yazıçıları bir yerə toplayacaq və onların problemlərini həll edəcək təşkilatlar lazımdır”, – yazıçı bildirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

2 × 2 =