Bayraq Günündə “Son Nəfəsədək”

0
824

Artıq məlumat verdiyimiz kimi, çəkilişləri Füzulidə aparılan “Son nəfəsədək” bədii filmi avqust ayından etibarən yekun istehsalat dövrünə qədər qoyur. Filmin montaj və səsləndirmə prosesi bu avqust və sentyabr aylarında aparılacaq. Qeyd edək ki, Filmin döyüş səhnələri Füzulidə,  eyni zamanda Cəlilabadda və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından aparılmışdı. Filmdəki hadisələr Xocalı soyqırımına qədər olna dövrü əhatə edir. Füzuli, eləcədə Qarabağın erməni-rus birləşmələrindən fədakarcasına qoruyan Yavər İsgəndərov və onun döyüşçülərinin mübarizəsindən bəhs edən ekran əsərinin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov, quruluşçu rejissoru Elnur Əliyev, quruluşçu rəssamı Mehriban Əfəndiyeva, redaktoru Kamran Qasımovdur. Filmdə Respublikanın Əməkdar artistlər İlqar Cahangirov, Elşən Rüstəmov, aktyorlar Eldar Bağırbəyov, Vüqar Vəlixanov, İlqar Musayev və digərləri çəkiliblər.

“Filmin PR mərhələsi əslində başlayıb, amma müntəzəm işlərə avqust ayının ikinci yarısında start verəcəyik. “Son Nəfəsədək” daşıdığı vətəndaşlıq borcunu görə Ümumrespublika işinə çevriləcək” – filmin redaktoru, eyni zamanda PR meneceri Kamran Qasımov məlumat verib.

“Son Nəfəsədək” bədii filminin təqdimatı bu ilin payızında, Bayraq günü ərəfəsində nəzərdə tutulub. Filmin Bakının bütün kinoteatrlarında, eyni Azərbaycanda nümayişi nəzərdə tutulub. Həmçinin ekran əsərinin beynəlxalq film festivallarına da təqdim edilməsi filmin yayım planına daxildir.

 

“Azernyumedia”

BIR CAVAB BURAXIN