Batumidə 59 yaşlı qadın ilk dəfə ana olub

0
323

 

Gürcüstanın Batumi şəhərində yaşayan Natela Lazişvili 59 yaşında ikən həyatında ilk dəfə ana olmaq sevincini yaşayıb.  Natela və həyat yoldaşı 61 yaşlı Quram 30 il bundan əvvəl evlənsələr də, uzun illərboyu övlad üzünə həsrət qalıblar. Amma nəhayət ki, xoşbəxtlik onların üzünə gülüb. Onların ilk övladı, oğlan uşağı dünyaya gəlib. Qeysəriyyə əməliyyatı ilə doğulan körpənin çəkisi 2 kilo 300 qramdır. Xoşbəxt ana Natela Lazişvili: “Bu yaşda belə bir hədiyyəni, övlad sahibi olacağımı gözləmirdim. Bu övlad Allahın mənə lütfüdür”,-deyib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

ten − eight =