ABŞ-ın Türkiyə ilə əlaqələrinin əsas məqsədi açıqlandı

0
483

ABŞ-ın Türkiyə ilə münasibətlərində əsas məqsəd Ankaranın Qərbə siyasi meylliliyinin qorunub saxlanılmasıdır.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin köməkçisi Uess Mitçel bildirib.

 

“Bu balans məsələsidir. Biz həm mühüm müttəfiqimiz olan Türkiyə ilə çalışmalıyıq, həm də insan haqları, demokratiya və ABŞ vətəndaşlarına dair bizi narahat edən məsələlərlə bağlı daha geniş çalışmalıyıq. Lakin, daha geniş mənada əsas məqsəd Ankaranın Qərbə siyasi və strateji meylliliyinin qorunub saxlanılmasından ibarət olmalıdır”, – deyə Mitçel qeyd edib.

 

Onun sözlərinə görə, bunun mühümlüyünü anlamaq üçün xəritəyə baxmaq kifayətdir: “Uzunmüddətli perspektivdə regionda İrana qarşı çıxış edə biləcək yeganə ölkə məhz Türkiyədir”, – deyə barədə ABŞ dövlət katibinin köməkçisi vurğulayıb.

 

BIR CAVAB BURAXIN