Baş nazirin qızı : “Atam qatildir, neçə insanları öldürüb…”

0
627

Dubay əmiri, Birləşmiş Ərəb Əmirliklərinin vite-prezidenti və baş naziri, dünyanın ən zəngin adamlarından biri Muhammed bin Rəşid əl-Məktumun qızı ölkədən qaçıb.

Bu barədə “The Daily Mail” və “New York Post” yazır. Məlumata görə baş nazirin 33 yaşlı qızı Lətifə öləcəyi və ya başına başqa xoşagəlməz hadisələrin gələcəyi təqdirdə yayılmaq üçün videomüraciət qoyub. Videomüraciətdə o bildirir ki, ölkədən qaçmağı qərara alıb, çünki bu ərəb ölkəsində normal yaşamaq mümkün deyil.

“Mən bu videonu çəkirəm, çünki bu mənim son videom ola bilər…”-Lətifə bildirir.

Lətifə deyir ki, o zəngin şeyxin 30 övladından biridir. Bildirdiyinə görə həmin səbəb üzündən böyük bacısı da ölkədən qaçıb: ona avtomobil sürməyi qadağan ediblər və şəxsi həyatını çərçivəyə salıblar.

Lətifənin sözlərinə görə o özü artıq bir dəfə-yeniyetməlik çağında ölkədən qaçmağa cəhd edib və buna görə üç il həbsxanada keçirməli olub. Habelə bundan əvvəl qardaşı ölkəni tərk edib. O, bildiri ki, illərdir atasının işgəncələrinə məruz qalır

“Bizim heç bir azadlığımız yoxdur. Küçəyə çıxmaq qadağam vardı. Saraydan çıxanda nəzarət altında idim və evə müəyyən edilmiş vaxtda qayıtmaq məcburiyyətində idim. Anam məndən məruzə istəyirdi. Əlbəttə ki, sürücüdən haralara getdiyimizi soruşurdu. Sürücü atamın ofisinə də hesabat yollayırdı. Atam həyatımda tanıdığım ən pis insandır…Mənə işgəncə verənlərdən biri “Atan bizə sənə işgəncə verməyimizi əmr etdi” deyib. Bunu əmr edib! Bax, bu onun özünü verdiyi fotodur. Atam həyatımda gördüyüm ən pis, ən şər insandır. Atamın şəxsiyyəti çirkabdan ibarətdir! Heç bir şeyi ehtiva etmir. Neçə-neçə insanın həyatını məhv etdi. Neçə-neçə insanı qətlə yetirdi! Neçə-neçə insanı soyuqqanlılıqla öldürdü. Atamdan qorxmuram. Hesab verəcək”-şeyxin qızı yaxtada şəkdiyi videolardan birində deyir.

Bildirilir ki, Lətifənin ölkədən qaçmasına keçmiş fransız casusu kömək edib. Ehtimal olunurdu ki, Lətifə Hindistanın cənub sahillərində yaxtada gizlənir və ABŞ-dan siyasi sığınacaq istəyəcək. Orada o vəkillə təmas qurub.

Lakin Hindistan sahillərindən 50 kilometr məsafədə olanda o Böyük Britaniyada yaşayan hüquqi nümayəndəsi Radha Sterlinqə mesaj göndərib. Lətifə kömək istəyib, bildirib ki, çöldə şübhəli adamlar görüb və atəş səsləri eşidib. Sterlinq ondan xahiş edib ki, atəş səslərini yazsın.Lakin şeyxin qızından cavab gəlməyib. Hazırda onun taleyi məlum deyil(.virtualaz.org)

BIR CAVAB BURAXIN