Belçika polisi terrorda şübhəli 10 azyaşlını saxlayıb

0
806

Belçika polisi Milad tətilində terror hadisələri planlaşdırmaqda şübhəli bilinən 10 yeniyetməni gözaltına alıb.

Bu barədə Belçika prokurorluğunun nümayəndəsi Eric van der Sipt məlumat verib.

Məlumata görə, yeniyetmələr internet vasitəsi ilə islamçılara tərəfdar tapmaqda yardım ediblər və müxtəlif tapşırıqları həyata keçiriblər.

Xüsusi xidmət orqanlarının məlumatına görə, özünü “İslam Dövləti” adlandıran yaraqlıların üzvlərihücumlar təşkil etmək üçün Avropadakı müsəlman uşaqlarını fəal şəkildə ələ alırlar.

Almaniya, Milad Bazarı, Ludwighafen, 16 dekabr 2016

Almaniya, Milad Bazarı, Ludwighafen, 16 dekabr 2016

Dekabrın 16-da Almaniya hüquq-mühafizə orqanları da Lüdviqshafen şəhərində təşkil olunan Milad bazarında üzərində bomba olan 12 yaşlı yeniyetməni saxlayıblar.

Məlumata görə, o bazarı partlatmaq istəyirmiş.

BIR CAVAB BURAXIN