Bakının mərkəzində əməliyyat: 25 nəfər tutuldu – Video

0
601


 

Bakıda dövlət qeydiyyatına alınmamış dini təriqət üzvlərinin toplaşdığı ünvanda əməliyyat keçirilib.

APA xəbər verir ki, Ceyhun Hacıbəyli 11 ünvanında keçirilən əməliyyat zamanı məlum olub ki, yeniyetmələr bura toplaşaraq ibadətlə məşğul olurlar.

Axtarış zamanı həmin ünvana toplaşan təxminən 20-25 nəfər şəxs saxlanılaraq qeydiyyata açılıb. Hadisə şahidlərinin sözlərinə görə, axtarış aparılan ünvanda kurs yerləşir. Ətrafda yaşayanlar bu evdə dini dərslər tədris olunduğunu desələr də, gənclərin hansı təriqətə qulluq etdiyindən xəbərsizdirlər.

Əməliyyat keçirilən ünvanda əsasən 13-17 yaşlı gənclərə dini dərslər, ərəb dili tədris olunub.

Yeniyetmə bildirib ki , artıq 2-3 ildir ki, hər gün bura gələrək ərəb dili və namaz qılmağın yollarını öyrənir:

“Əsasən dərslər keçirir. Yaşca bizdən böyük müəllimlərimiz bizə dinin dərinliklərini tədris edirlər. Hər cümə günü yığışıb birlikdə namaz qılırıq. Burada kursu müvəffəqiyyətlə başa vuranlar Türkiyəyə gedir və orada “hoca” olur”.

Yeniyetmə bildirib ki, əvvəllər Lökbatanda yaşayanda bu yerə bənzər məkanda dini tədris alıb. Hazırda isə bu ünvana gəlir.

Əməliyyatçılar bildirdilər ki, buraya toplaşanların qanunsuz dini fəaliyyətlə məşğul olması səbəbindən əməliyyat keçirilib.

 

BIR CAVAB BURAXIN