Qarabağ”ın son şansı

0
696

 

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin son oyunları baş tutacaq. Apasport.az saytının məlumatına görə, təmsilçimiz “Qarabağ” da son turda həlledici matça çıxacaq.

 

Azərbaycan azarkeşləri üçün xüsusi maraq kəsb edən görüş Bakıda baş tutacaq. Ağdamlılar İtaliyanın “Fiorentina” klubunu qəbul edəcəklər. Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan Qurban Qurbanovun yetirmələri 1/16 final şansını qoruduğundan Tofiq Bəhramov adına Respublika stadionunda növbəti dəfə anşlaq qeydə alınması gözlənilir.

 

Vəzifənin öhtəsindən gəlmək çətin olsa da, mümkünsüz deyil. Doğrudur ki, səfərdə 1:5 hesabı ilə darmadağın olduğu Florensiya təmsilçisindən qisas almaq asan olmayacaq. Lakin hətta cəzalı Miçel və Maksim Medvedevin yoxluğunda da “Böyük beşlik” təmsilçisi üzərində qələbə çətin olduğu qədər də zəruridi.

 

Çünki bu nəticə “Qarabağ”ı 1/16 finala daşıyacaq. Təmsilçimizin tutacağı yer isə PAOK – “Slovan” görüşündən asılı olacaq. Ağdam klubu 1 xalla da mərhələ keçə bilər. Bunun üçün Yunanıstanda meydan sahibləri qələbə qazanmamalıdı. Cari mövsüm evdə uduzmayan əyalət klubunun üstünlüyü isə daha güclü çempionatda çıxış edən “Fiorentina”nın A seriyasında daha çox güc sərf etməsi və məhz daxili yarışa diqqət ayırmasıdı.

 

Avropa Liqası

Qrup mərhələsi

VI tur, 8 dekabr

 

J qrupu

20:00. “Qarabağ” – “Fiorentina” (İtaliya)

Baş hakim: İvan Bebek

Baş hakimin köməkçiləri: Tomislav Petroviç, Miro Qrqiç

Əlavə köməkçi hakimlər: Ante Vuçemiloviç-Şimunoviç, Qoran Qabrilo

Dördüncü hakim: Qoran Pataki (hamısı Xorvatiya)
Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)
UEFA nümayəndəsi: Mihael Zoratti (Avstriya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

 

1

“Fiorentina”

5

3

1

1

13-5

10

2

“Qarabağ”

5

2

1

2

6-10

7

3

PAOK

5

2

1

2

5-6

7

4

“Slovan”

5

1

1

3

7-10

4

 

BIR CAVAB BURAXIN