Bakıda tikilən sosial mənzilləri kim ala bilər?

0
648

Artıq kompleksin ərazisində 9 mərtəbəli yaşayış binasının və məktəbin tikintisi aparılır. Üstəlik, 2019 cu ildən etibarən hər il, 3 min sosial mənzilin təhvil verilməsi nəzərdə tutulur. Kimlər burada mənzil sahibi ola bilər?

Belə layihələrdə evlərin satılması zamanı gənc ailələrə üstünlük veriləcək. Belə ki,

– Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

– Milli Qəhrəman (özü, əri/arvadı, övladları);

– Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

– ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

– ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;

– Fəlsəfə və elmlər doktoru elmi dərəcəsi olan şəxs;

– İdman sahəsində xüsusi xidmətləri olan şəxs;

Bundan başqa gənc ailə olub olmamasından aslı olmayaraq

– ən azı 15 il dövlət qulluğunda qulluq edən;

– ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları

– ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan.

– elmlər doktoru elmi dərəcəsi olan;

şəxslərdə bu layihədə mənzil almaq hüququna malikdirlər.

Sosial evlər üçün müraciət elektron hökümət portalından 2017 ci ilin mayın 1-dən etibarən həyata keçiriləcək. Hər il 3 min belə mənzilin təhvil verilməsi gözlənilir ki, bu illik təlabatın 10 faizi deməkdir.

Belə binalarda mənzil əldə edən şəxslər həmin mənzilləri 3 il ərzində nə sata, nə də kirayə verə biləcəklər. (“Xəzər TV”)

BIR CAVAB BURAXIN