Bakıda qorxulu oyun: qız oğlanı kafeyə çağırır və… –

0
446

Bakı sakini Emil Əmiraslanov bir qrup fırıldaqçının əməlini üzə çıxarıb.

 

Emilin Bizimyol.info-ya verdiyi məlumata görə, onun tanışlarından biri fırıldaqçıların qurbanı olub.

 

Emin bildirib ki, dostunun həmyerlisi internetdə bir qızla tanış olub. Daha sonra həmin qızla görüş təyin olunub. Qız “Nizami” metro stansiyasının yaxınlığında görüşəcəyini deyib. Həmin oğlan qızın təklifi ilə əvvəlcə “Nizami” metrosuna, sonra isə metrodan kənarda zirzəmidə yerləşən kafelərdən birinə gəlib. Onlar bir masada əyləşdikdən sonra ofisiant masaya içki gətirib. Təxminən 3 dəqiqədən sonra qız masadan qalxıb və ofisiant əlində 250 manatlıq hesabla oğlana yaxınlaşıb. Ofisiant bildirib ki, xanım Şotland içkisi içib.

 

Emilin dediyinə görə, masaya hesab gəldikdən sonra oradan çıxmaq mümkün olmur: “Həmin məkanda olan qəribə görünüşlü şəxslər, pulu verməyənləri döyürlər, işgəncələr verirlər. Hətta eşitdiyimə görə, bir nəfəri hədələyiblər ki, ya pulu verməlisən, ya da anana zəng edəcəyik və o gələcək bura”.

 

Əmiraslanov həmçinin bildirib ki, o danışılanların həqiqət olduğunu öyrənmək üçün həmin məkana gedib. Başına gələnləri çəkdiyi videoda sosial şəbəkə istifadəçiləri üçün danışıb və aidiyyəti qurumlardan bu məsələ ilə bağlı maraqlanmalarını xahiş edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

seventeen + four =