Avropada qalmaqal: Corabların altında Allah sözləri

0
756
Dünyanın məşhur geyim markası “H&M” satışa çıxardığı uşaq corablarına görə üzr istəyib.

Arazinfo.com ”Ölkə.Az”-a istinadən xəbər verir ki, corabların üzərində ərəbcə “Allah” yazısına bənzər fiqurların olması sərt reaksiyalara səbəb olub.

İsveçdəki bir çox müştəri şirkətin dükanlarında satılan uşaq corablarının altındakı fiqurun ərəbcə “Allah” sözü olduğuna görə sərt etiraz edib. Bu etirazlardan sonra şirkət bu səhvə görə üzr istəyib. Şirkət verdiyi açıqlamada corabların altındakı fiqurun ərəbcə “Allah” sözü olmadığını, amma oxşarlığa görə bütün müsəlmanlardan üzr istədiyi bildirilir.

Şirkət tərəfindən satışda olan bütün corablar yığılıb.

BIR CAVAB BURAXIN