Bakıda dəhşətli şəkildə ölən Lamiyə kimin qızıdır?

0
634
 Mayın 28-də Bakı şəhərinin Binəqədi rayonunda, 8-ci mikrorayon ərazisində baş vermiş dəhşətli hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb.raşdırmalar nəticəsində 1993-cü il təvəllüdlü Qəribova Lamiyə Rafiq qızının intihar məqsədi ilə özünü 8-ci mərtəbədən atmadığı, ehtiyatsızlıqdan öldüyü məlum olub. Bəlli olub ki, hadisə vaxtı L.Qəribovanın həyat yoldaşı böyük uşağı ilə yaşadığı 17 mərtəbəli binanın həyətində gəzirmiş. 3 aylıq körpəsini yatızdıran və qan azlığından əziyyət çəkən Lamiyə bu zaman eyvandakı şkafdan nə isə götürməyə çalışıb. Bu zaman onun ayağındakı tərlik sürüşüb və 24 yaşlı qadın 8-ci mərtəbədən yıxılıb. O, hadisə yerindəcə keçinib. Hadisə L.Qəribovanın həyat yoldaşının və azyaşlı övladının gözləri önündə baş verib. Evdə nəzarətsiz qalmış 3 aylıq körpəni qapının arxadan bağlı qalması nəticəsində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri xilas ediblər. Bu arada o da məlum olub ki, L.Qəribova keçmiş millət vəkili, tanınmış biznesmen Fərhad Qəribovun qardaşı qızıdır. Faciəvi şəkildə ölən qadının atası Rafiq Qəribov ehtiyatda olan polis polkovnikidir. O, bir sıra rayonlarda, eləcə də Şirvan şəhərində yol polisi rəisi vəzifələrində çalışıb. Lent.az

BIR CAVAB BURAXIN