Klintondan Əliyevə gizli məktub – Bjezinski nələr yazmışdı

0
554


 

ABŞ siyasətinin xaç atalarından hesab olunan Zbiqnev Bjeziniski 89 yaşında öldü. Amerika üçün xarici siyasətə yön verən, dünya üçünsə ən böyük siyasi nəzəriyyəçi olaraq tarixə düşən Bjeziniskinin 1990-cı illərdə Bakı səfəri Azərbaycan tarixində də xüsusi iz buraxıb.

1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində Bakıda məcazi mənada desək ABŞ-Rusiya müharibəsi gedirdi. Nəticə göstərdi ki, qazanan tərəf Qərb oldu. Bu prosesin pərdəarxası məqamları Bjeziniskinin “İkinci şans” kitabında əksini tapır.

Məşhur siyasətçi kitabında yazır: “Bill Klinton rus imperializminin dirilməsinə maneə olan, ABŞ tərəfindən dəstəklənən Bakı-Tiflis-Ceyhan neft kəməri üçün təriflənməyə layiqdir. Bu boru kəmərinin çəkilməsi nəticəsində Qərb Xəzər dənizi və Mərkəzi Asiyadakı neftə birbaşa çıxış əldə etmişdi. 1995-ci ilin oktyabrında, yəqin ki, əvvəllər ABŞ-ın bu təşəbbüsünü müdafiə etdiyim üçün Klinton və onun milli təhlükəsizlik üzrə məsləhətçisi məndən Klintonun şəxsi məktubunu Azərbaycan Prezidenti Heydər Əliyevə çatdırmağımı, onunla belə bir boru kəmərinin Azərbaycana gətirəcəyi uzunmüddətli faydalar barəsində danışmağımı xahiş etdilər. Bu barədə müsbət qərar vermək üçün Rusiyanın bütün Azərbaycan neftini, sadəcə, Rusiya ərazisindən ixrac olunması ilə bağlı Moskvanın davam edən tələblərini Azərbaycan rədd etməli idi. Gündüz eksklüziv olaraq Rusiya lehinə öhdəlik götürülməsi üçün çalışan güclü nümayəndələrdən ibarət rus heyəti ilə üzləşən Azərbaycan Prezidenti Heydər Əliyevlə gecənin gec saatlarında görüşdüm. Bakını tərk etməzdən əvvəl Klintona Azərbaycanın ABŞ-ın təşəbbüsü ilə bağlı öhdəlik götürdüyünü xəbər verdim. Bu gün Bakı-Tiflis-Ceyhan kəməri Azərbaycanın (həm də Amerikanın) öz enerji mənbələrini şaxələndirmək cəhdlərinə mühüm töhfədir”.Publika.az

BIR CAVAB BURAXIN