Gizli anti-Azərbaycan şəbəkəsinin liderlərindən biri Bakıya əli qandallı gətirildi

0
557
 

Ötən gün Tbilisidə saxlanılan Əfqan Muxtarlı Azərbaycana gətirilib.

Bu barədə APA-ya məlumat verən vəkil Nemət Kərimli bildirib ki, onu Dövlət Sərhəd Xidmətinə gətiriblər.

Vəkilin sözlərinə görə, Ə. Muxtarlı sabah məhkəmə qarşısına çıxarılacaq.

*   *   *

Tbilisidəki anti-Azərbaycan şəbəkəsinin başçılarından biri Əfqan Muxtarlının həyat yoldaşı Leyla İlqar dünən mətbuat konfransı keçirərək ərinin yoxa çıxdığını bəyan edib.

Yoxlanılmamış informasiyaya görə, Əfqan Muxtarlı saxlanılıb və hazırda onun Azərbaycana ekstradisiyası haqqında məsələ həll edilir. Virtualaz.org bu informasiyanı rəsmi mənbələrlə dəqiqləşdirir.

Xatırladaq ki, haqqin.az və virtualaz.org informasiya-analitik portallarının baş redaktoru Eynulla Fatullaev özünün “Gürcüstanda gizli anti-Azərbaycan yuvaları-görüşlər, pullar, təlimatlar” adlı araşdırma məqaləsində Əfqan Muxtarlının da adını çəkmişdi.

Həmin yazıda deyilirdi: “Azərbaycanın jurnalist cameəsinə Əfqan Muxtarlının adı yaxşı məlumdur. Lakin o, heç də sanballı yazıları ilə tanınmır. Muxtarlı tamamilə istedadsız və yaradıcı ruhdan tam uzaq biridir. Yeri gəlmişkən, karyerasına fotojurnalist kimi başlayıb. 2014-cü ildə nəhayət, bu müxalifətçiyə layiqli iş tapdılar. O, qalmaqallı “araşdırmaçı”, xüsusi xidmət orqanlarının zibil çəlləyi Xədicə İsmayılovanın şəxsi mühafizəçisi oldu. ABŞ səfirliyinin tapşırdığı bu vəzifənin icrasına görə jurnalistliyi baş tutmayan Muxtarlıya ayda min manat əməkhaqqı verirdilər.

X.İsmayılovanın həbsindən sonra Ə.Muxtarlı doğma Zaqatala rayonunun dağ cığırları ilə gizlicə Gürcüstana qaçdı, orada müvəqqəti yaşamaq icazəsi aldı. Hazırda Ə.Muxtarlı Azərbaycana qarşı düşmənçilik münasibəti bəsləyən beynəlxalq QHT-lərlə sıx əməkdaşlıq edir. Bunlara Freedom House, People in Need, Human Rights Watch, NDI və digərləri daxildir…”.

Virtualaz.org

BIR CAVAB BURAXIN