Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı 5-ə çatıb- VİDEO

0
561

 

 

Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı artıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, hadisə nəticəsində ölənlərin sayı 5-ə çatıb. Onlardan 2-si hadisə yerində, qalanları xəstəxanalarda ölüb. Hadisədə yaralananlardan 17 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib, 2-nə yerində yardım göstərilib. Onlardan çoxunun vəziyyəti orta-ağır dərəcədədir. Yaralananlardan 4 nəfər isə Klinik Tibbi Mərkəzə aparılıb. Onlardan 1-i xəstəxanada dünyasını dəyişib, 2-nin vəziyyəti hazırda ağırdır və reanimasiyadadır. Yaralıların olduğu bütün xəstəxanalara Səhiyyə Nazirliyinin mütəxəssisləri cəlb olunub.

 

BIR CAVAB BURAXIN