Bakı aeroportunda maraqlı hadisə – 16 min dolları sərnişinlərə payladı…

0
644

dollarHava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən düzgün bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı-Kiyev aviareysilə getmək istəyən Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən üzərində 10.000 dollardan başqa xarici valyutanın olmadığını bildirib. Lakin vətəndaşın hərəkətləri gömrük əməkdaşında şübhə doğurduğu üçün o, sərhəd nəzarətindən keçdikdən sonra steril zonada saxlanılıb və üzərində təkrar şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı vətəndaşın gödəkçəsinin cibindən 264 ədəd – hər biri 100 dollar nominalında əsginaslar olmaqla, cəmi 26.400 dollar aşkar edilib.

Vətəndaş izahatında bildirib ki, 26.400 dollar məbləğində xarici valyutanı Ukraynaya kommersiya məqsədilə aparmaq istəyib. Lakin qanunla müəyyən edilmiş həddən yuxarı olduğuna görə, 10.000 dollardan artıq olan 16.400 dolları əvvəlcədən tanımadığı iki sərnişinə verərək gömrük nəzarətindən keçirtməyi xahiş edib. Gömrük nəzarətindən keçdikdən sonra isə steril zonada həmin şəxslərə verdiyi valyutanı geri alıb.

Beləliklə, vətəndaş gömrük orqanını aldadaraq, qanunla icazə verilən 10.000 dollardan artıq olan 16.400 dolları digər sərnişinlərə paylayaraq qanunsuz yolla gömrük sərhədindən keçirtməyə cəhd göstərib.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN