Azad Suriya Ordusu 13 kəndi azad etdi

0
582

Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu 13 kəndi terrorçulardan azad edib.

Anadolu agentliyinin məlumatına görə, Cerablus bölgəsində 10, Rai bölgəsində isə 3 kəndi Azad Suriya Ordusu terrorçulardan təmizləyib.

Qeyd edək ki, “Fərat qalxanı” adlı əməliyyata avqustun 24-də start verilib.

*   *   *21:16

Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Firat qalxanı” əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu sərhəddəki Cerablus bölgəsində terror təşkilatı PKK-nın Suriya qolu RYD-nin nəzarətindəki daha 8 kəndi azad edib.

Bu barədə Anadolu agentliyi məlumat yayıb.

Ordu komandirlərinin və yerli mənbələrin verdiyi məlumata görə, müxalif qüvvələr rayon mərkəzinin cənubunda və Fərat çayının qərbində qalan bölgədəki terror ünsürlərinə qarşı sürətlə irəliləyirlər.

Əməliyyatlarda Azad Suriya Ordusu qüvvələri 7 terrorçunu sağ ələ keçiriblər. Mövqelərini saxlaya bilməyən terrorçular arxada çoxlu sayda hərbi sursat buraxaraq qaçıblar.

Virtualaz.org xatırladır ki, Azad Suriya Ordusu bundan əvvəl Suriyanın Türkiyə sərhədindəki Cerablusun cənubunda yerləşən Bir Əl-Kusa kəndini terror təşkilatı PKK-nın Suriya qolu PYD-nin əlindən xilas etmişdi.

Azad Suriya Ordusunun növbəti hədəfi Münbic şəhəridir.

BIR CAVAB BURAXIN