Tarixi ənənələrə söykənən əməkdaşlıq

0
1228

Zaqafqaziyada yerləşən Gürcüstan və Azərbaycan xalqı arasında münaqişə yaşanmayıb.Tarixi özü qədər qoca olan hər iki ölkə sülh,əmin-amanlıq içərisində yaşamışdır.Bunlar birlikdə tarixin kələ kötur yollarında birgə sınaqdan keçmişlər.İstər Azərbaycan ədəbiyyatında, istərsə gürcü ədəbiyyatında sarsılmaz dostluq telləri gözəl təsvirini tapmışdır.

Azərbaycan və Gürcüstan iki dost və qardaş ölkədir. Bu iki dövlətin birgə əməkdaşlığı yalnız bizim xalqlarımızın deyil, bütövlükdə region xalqlarının rifahına xidmət edir. Biz bölgəni yalnız ölkələrimiz üçün deyil, xarici investorlar üçün də cəlbedici edirik. Azərbaycan ilə Gürcüstan arasında əlaqələr möhkəm təməllər üzərində qurulub. Bu əlaqələrin qurulmasından artıq 30 il ötüb. Bu müddət ərizində iki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb. Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələr rəsmən 1992-ci ildə yaradılsa da, bu, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra inkişaf mərhələsinə daxil olub. Əlbəttə ki, iki dövlət arasında dostluq münasibətlərindən danışırıqsa, Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlıların əlaqələrin inkişafında önəmli rol oynadığını da bildirməliyik. Bütün sahələrdə uğurlu əlaqələr böyük layihələrin reallaşmasına səbəb olur və iki dövlət arasında olan dostluğun təməlini daha da möhkəmləndirir. Azərbaycanın Naxçıvan və Gürcüstanın Batumi, Gəncə şəhəri ilə Kutaisi və Rustavi, Sumqayıt ilə Rustavi, Şəki ilə Telavi şəhərləri arasında qardaşlaşma haqqında memorandumlar imzalanıb. Bu şəhərlərin rəhbərləri və ictimaiyyət nümayəndələri arasında görüşlər keçirilir, qarşılıqlı maraq doğuran məsələlər ətraflı müzakirə olunur, birgə layihələr reallaşdırılır.

Xalqları birləşdirən istər tarixi əlaqələr, istər çoxəsrlik dostluq, qardaşlıq münasibətləri möhkəm təməl üzərindədir. İki ölkə arasında getdikcə genişlənən əlaqələr 30 il ərizində aparılan uğurlu əməkdaşlığın nəticəsidir.Bu gün siyasi, iqtisadi, ticari, mədəni və bir çox digər sahələrdə əlaqələrimiz inkişaf edir. İnanırıq ki, bu münasibətlər bundan sonra da inkişaf edəcək.

 

Zərdab şəhər 1 saylı məktəb liseyin direktor müavini- Səliqə İsmayılova