Azərbaycanın yeni döyüş vertolyotları Türkiyədə təşvişə səbəb oldu

0
386

Ötən gün  Türkiyənin Ordu vilayətinin sakinləri Qara dəniz sahilləri boyu bir-birinin ardınca uçan 5 hərbi vertolyotu görərək bölgədə PKK-ya qarşı hərbi əməliyyatların başladığını zənn ediblər və təşvişə düşüblər. Çünki bu günlərdə Türkiyə ordusu Qara dəniz sahillərindəki Giresun və Gümüşhanə bölgələrində, habelə Ordu bölgəsi yaxınılığında PKK-ya qarşı vertolyotların dəstəyi ilə əməliyyatlar keçirir.

Virtualaz.org CNN Türk-ə istinadən xəbər verir ki, sakinlər aşağıdan uçan vertolyotları mobil telefonlarla çəkiblər. Məlum olub ki, vertolyotlar Azərbaycanın Hərbi Hava Qüvvələrinə məxsusdur və Ordu üzərindən keçərək başqa bölgələrə doğru uçur. “Haber61” saytı isə bildirir ki, vertolyotların sayı 5 yox, 6 olub və onlar həmin gün Trabzon beynəlxalq aerportuna eniblər. Sayt yazır ki, Qarabağda son döyüşlərdən sonra Azərbaycan silahlı qüvvələrini daha da gücləndirir və hava qüvvələrinin inventarına yeni döyüş vertolyotları əlavə edir. Bu çərçivədə Azərbaycanın Türkiyədən 60 ədəd ATAK vertolyotu sifariş verdiyi məlumdur.  “Digər tərəfdən Azərbaycan Avropadan da vertolyotlar aldığını açıqlamışdı. Həmin vertolyotların ilk partiyası bu gün göndərilib. 6 vertolyot Trabzon hava limanında yanacaq götürdükdən sonra yenidən havaya qalxıb və Azərbaycana doğru istiqamət alıb. Vətəndaşlar vertolyotların hava limanından qalxandan sonra uçuşunu maraqla izləyib”-sayt yazır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

2 − one =