Oksana: “Heç bir kişidən mənə xoşbəxtlik gəlməyib”

0
656

Oksana keçmiş həyt yoldaşı Elşad Xosedən danışıb.

Teleqraf.com xəbər verir ki, ARB TV-nin “Boş anlar” verilişinin qonağı olan rəqqasə Oksana Rəsulova şəxsi həyatından maraqlı açıqlamalar verib.

“Elşadla qurduğum ailə böyük sevgidən idi. Boşanan cütlüklərin bir-birinin arxasınca danışmasını anlaya bilmirəm. Bəzən düşünürəm ki, nə ağılla ərə getmişəm? Bəzən fikirləşirəm ki, niyə boşandım? Düzdür, boşanıb, yenidən ailə quran var. Bizdə belə bir hal gözlənilmir. Bizim sevgimiz doğmalığa çevrilib. Sevgi unudula bilər, əsas doğmalıqdır. Biz ayrı yaşasaq da, onun barmağına tikan batsa, ürəyim ağrıyar. Elşad ayrılıq ərəfəsində pis depressiyaya düşdü”.

Rəqqasə kişilərin ona xoşbəxtlik gətirmədiyini bildirib:

“Karyerama görə şəxsi həyatıma vaxtım yoxdur. Düzdür, ailə önəmlidir. İllər keçir, ayılacağıq ki, işlədik, yanımızda övlad yoxdur. Anam deyir ailə lazımdır. Deyirəm, bu bəxtdir, Allah icazə versə, olacaq. Qurduğum ailə həyatları uğursuz oldu. İlk dəfə 19 yaşımda ərə getdim. Bu da mənə əzab gətirdi. Kişilər tərəfindən mənə xoşbəxtlik gəlmir. Kişilər məni depressiyaya salır. İstəmirəm həyatımda depressiya olsun. Yaşadıqlarım dərsdir. Birinci ailəm çox səhv idi. Elə bilirdim sevirəm, amma sevmirmişəm”.

BIR CAVAB BURAXIN