Azərbaycandakı insan alveri qurbanları: 9-u azyaşlı qızdır

0
358

2011-ci ildə məişət zorakılığı zəminində ölkədə törədilmiş cinayətlərin sayı 2839 idisə, 2015-ci ildə bu rəqəm azalaraq 1283-ə enib.

Azərbaycanda hər 100 min nəfərə düşən cinayətlərin sayı 255-dir. Bu isə istər Avropa, istərsə də postsovet məkanındakı ölkələrlə müqayisədə olduqca yaxşı göstəricidir.

Virtualaz.org saytı xəbər verir ki, bunu daxili işlər nazirinin müavini Oruc Zalov “Məişət zorakılığı insan alverinə şərait yaradan sosial problemlərdən biri kimi” mövzusunda bu gün keçirilən tədbirdə deyib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə zorakılığın səbəblərindən danışıb: “Hərbi münaqişələrin və konfliktlərin artdığı bir zamanda, qadının iqtisadi və psixoloji asılılığı, cəmiyyətdə qadının və kişinin statusunun dəyişməsi, erkən nikahlar, qadınların öz hüquqlarını bilməməsi, formalaşmış yanlış stereotiplər və sair amillər zorakılığa səbəb olur. Hərbi münaqişələrdə ilk zorakılığa məruz qalan qadın və uşaqlar olurlar. Yaşadıqları stress, fiziki və psixoloji zorakılıq uzun müddət, bir çox hallarda isə həyat boyu davam edir”.

Komitə sədri rayonlarda məişət zorakılığının qarşısının alınması ilə bağlı yerlərdə monitorinq qrupları yaradıldığını da deyib. Monitorinq zamanı bəlli olub ki. zorakılığa məruz qalan, eyni zamanda, zorakılıq törətmiş şəxslərin qeydiyyata götürülməsi və onlarla profilaktik işin aparılması, zərər çəkmiş şəxslərə yardımların göstərilməsi istiqamətində dövlət orqanları daha sıx əlaqəli işləməlidirlər. Ona görə də, monitorinq qruplarının real fəaliyyət göstərməsi və obyektiv qiymətləndirmə aparmasının böyük rolu var.

“Son 10 ildə Azərbaycanda 860 insan alveri qurbanı qeydiyyata alınıb. Onlardan 28 faizi məişət zorakılığına məruz qalıb”.

Bunu isə Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Şərif Əsədullayev deyib: “Ötən il 64 insan alveri qurbanı müəyyən edilib. Bunlardan 9 nəfəri həddi-buluğa çatmayan qız, 29 nəfəri isə məişət zorakılığına məruz qalan şəxsdir”.

BMT-nin statistikasına əsasən, Azərbaycanda qadınların 8 faizi zorakılığa məruz qalır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

9 − two =