Azərbaycanda lombarda silahlı hücum edilib

0
595

Salyanda quldurluq hadisəsi baş verib. Salyan şəhəri, Ə.Zeynalov küçəsində yerləşən E.Şahsuvarova məxsus lombarda naməlum şəxs basqın edib. Həmin şəxs soyuq silahla lombardın işçisinə xəsarət yetirib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs, Salyan şəhər sakini 1987-ci il təvəllüdlü Abbasov Tural Cəbrayıl oğlu tutulub. Faktla bağlı cinayət işi açılıb. Lent.az

BIR CAVAB BURAXIN