Azərbaycanda bu il analoq televiziya yayımı dayandırılacaq.

0
598

APA-nın məlumatına görə, bu,  Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Proqrama əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Milli Televiziya və Radio Şurası 2016-cı ildə rəqəmli televiziya yayımına keçidin başa çatdırılması və analoq yayımın dayandırılmasını təmin etməlidir.

BIR CAVAB BURAXIN