BMT miqrantlarla bağlı statistikanı açıqladı

0
418

Dünyada miqrantların sayı 258 milyonu ötüb.

Arazinfo-nun APA-ya istinadən xəbərinə görə, bu barədə BMT-nin iqtisadi və sosial məsələlər üzrə departamentinin məruzəsində deyilir.

Hesablamalara əsasən, 2000-ci illə müqayisədə dünyada miqrantların sayı 49% artıb, onlardan 26 milyonu qaçqınlardır.  Hazırda ən çox miqrant ABŞ-da yaşayır – 49,8 milyon nəfər. Səudiyyə Ərəbistanında, Almaniyada və Rusiyada bu rəqəm 12 milyon, Böyük Britaniyada – 9 milyon təşkil edir.

Ölkələrini tərk edənlərin sayına görə Hindistan liderlik edir – 17 milyon. İkinci yerdə Meksika qərarlaşıb, bu ölkəni13 milyon insan tərk edib. Rusiya, Çin, Banqladeş, Suriya, Pakistan və Ukraynadan 6 milyondan 11 milyonadək insan köç edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

4 × 4 =