Azərbaycanda ən çox hansı marka maşın satılır?- STATİSTİKA

0
310

Alış azalsa da, ölkənin avtomobil zövqü dəyişmir

Ötən il Azərbaycanda yenə «Hyundai» və istər orta, istərsə zəngin təbəqənin xoşladığı «Mercedes»ə üstünlük verilib. 2015-ci ildə ölkədə 3 min 516 ədəd «Hyundai» və 3 min 321 ədəd «Mercedes» satılıb. Bu məlumatı Dövlət Statistika Komitəsindən (DSK-dan) Azadlıq Radiosu-na veriblər.

İllik satışı min rəqəmini aşmayan avtomobillər

«Hyundai» və «Mercedes» digər rəqiblərini çox böyük «sürətlə» arxada qoyublar. Ən çox satılan avtomobillərin beşliyinə «Toyota» (1774), «KİA» (1686) və «BMW» (1037) də düşüb.
Başqa avtomobil markalarının illik satışları min rəqəmini aşmayıb. «Nissan» (989), «Wolkswagen» (812), «Audi» və «Ford» (hər biri – 804), eləcə də «Opel» (791) ilk onluğu qapayır.
Bahalı minik avtomobilləri seqmentində də satışlar azalıb. Ötən il «Jaguar»ın satışı (30) 2014-cü il göstəricisindən cəmi 4 ədəd az olub. 2015-ci ildə 595 ədəd «Land Rover» (inişil – 911 ədəd), 379 «Lexus» (930) və 177 «Porsche» (263) satılıb.

Bahalı markaların satış sayı açıqlanmır

«Bentley», «Lamborghini», «Ferrari» və qiyməti 1 milyon manat civarındakı başqa avtomobillərin satış statistikası açıqlanmır.
DSK-nın AzadlıqRadiosu-na verdiyi məlumata görə, bu il yanvarın əvvəlində ölkədə minik avtomobillərinin sayı 1 milyon 130 minə yaxınlaşıb. Hər 5-ci avtomobil (192 min 685 ədəd) «Mercedes»dir. Onun ardınca «Hyundai», «Toyota» və «Opel» gəlir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

one × two =