Azərbaycan qanuna tabe ölkədir

0
1536

Azərbaycan qanuna tabe ölkədir.

Azərbaycan Respublikasının artan beynəlxalq nüfuzu onun dünyanın aparıcı dövlətləri ilə ikitərəfli münasibətlərini daha da genişləndirir. Bu münasibətlər təkcə siyasi müstəvi ilə məhdudlaşmır, iqtisadi, mədəni və s. sahələri də əhatələyir.

Azərbaycanla Almaniya arasında münasibətlər də bu baxımdan nəzərəçarpacaq dərəcədə möhkəmlənib. Bu, qarşılıqlı etimada, qarşılıqlı ehtirama əsaslanan dünyəvi münasibətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya işgüzar səfəri də bunun təzahürüdür.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparııcı şirkətlərinin rəhbərləri ilə görüşmüşdü. Bu görüş həm müəyyən informasiyavermə xarakretində olub, həm də müəyyən məsələlərə aydınlıq gətirib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin görüşdə Azərbaycanın beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzrə olduğunu xatırlatdı, yeni kreditlərin götürülməsinin planlaşdırıldığını nəzərə çatdırdı. Bunlar iqtisadi əməkdaşlığın perspektivləri haqqında qarşılıqlı əlaqələrin istər yaranması, istərsə də mövcud əlaqələrin inkişafı üçün zəmanət xarakterində dinlənildi. Son iyirmi ilin, əsasən, enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olduğunu vurğulayan cənab İlham Əliyev indi hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləniləcəyini də diqqətə çatdırdı.

Azərbaycan Respublikasının Prezidenti iqtisadi əlaqələrin möhkəmlənmə mərhələsində olduğunu xatırladaraq qeyd etdi ki, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və bir neçə başqa beynəlxalq maliyyə institutları ilə ilkin məsləhətləşmələr başlanıb. Lakin infrastruktur layihələri, yol tikintisi, dəmir yolu və sair üçün borc aldığımız əvvəlki illərdən fərqli olaraq, indi öz şirkətlərimizin və sənaye sektorumuzun imkanları artdığından, bizim artıq bunun üçün vəsaitə ehtiyacımız yoxdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görüşdə dedi: “Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır. Bir ildən az vaxt bundan əvvəl Azərbaycan Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Avropa üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırılıb. Nailiyyətlərimizin bu cür qiymətləndirilməsi böyük şərəfdir. Həqiqətən də real hədəf olan yerdə, biz bir çox Avropa ölkələrini neft, neft məhsulları, neft-kimya məhsulları ilə təchiz edirik”.

Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı. Bu Zəfər yeni siyasi münasibətlər yaratdı, yaranmış münasibətlər formalaşdırılmaqdadır. Üçtərəfli Bəyanatda qeyd edilənlərin hələ öz həllini tapmaması da gerçəklikdir. Şərqi Zəngəzur hələ ki, həll edilməmiş problemdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə bu haqda da fikir səslıəndirdi. Bu fikir dünyəvi proseslərin bəşəriliyə xidmət etməli olduğunu da xatıqlatmadır: “Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanı da yaşıl enerji zonasına çevirmək planları mövcuddur. Naxçıvanda su elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur. Eyni zamanda, Naxçıvanda ənənəvi elektrik stansiyaları da çox münasibdir. Çünki Naxçıvanın böyük ixrac potensialı mövcuddur, onun Türkiyə və İranla sərhədi var. Hər iki ölkədə elektrik enerjisinə artan tələbat var”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görüşdə maraq doğuran bir məsələni də diqqətə çatdırdı: “Mərkəzi Asiya ölkələri ilə iş birliyi artır. Hazırda Azərbaycan məhdud imkanları olan Bakı-Tbilisi-Qars dəmir yolunun, onun Gürcüstan hissəsinin genişlənməsinə investisiya yatırır. Ola bilsin ki, gələn il bu investisiya layihəsi tamamlanacaq. O, bir milyon tondan beş milyon tonadək genişləndiriləcək. Azərbaycanın əlavə investisiyaları 120 milyon ABŞ dollarından çox olacaq və biz onu gələn il tamamlayacağıq. Başqa dar keçidlər də var, onlardan biri bizim Dəniz Ticarət Limanı ola bilər. Hazırda biz onun 15 milyon tondan 25 milyon tona və 1 milyon TEU-dək genişlənməsinin texniki əsaslandırmasının tamamlanması prosesindəyik”.

Almaniyada bu görüş həm azərbaycanın dünyanın aparıcı dövlətləri iə münasibətlərinin daha da möhkəmləndirilməsində, həm siyasi, həm də iqtisadi əlaqələrin genişlənməsində mühüm əhəmiyyət kəsb edəcəkdir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova