Azərbaycan Macarıstana qalib gəldi və…

0
595
 

Şahmat üzrə Azərbaycanın kişi yığması Yunanıstanda keçirilən Avropa komanda çempionatında növbəti qələbəsini qazanıb.

7-ci turda komandamız Macarıstandan üstün olub – 3:1. Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov öz rəqibləri ilə heç-heçə oynayıblar, amma Arkadi Naydiç və Rauf Məmmədov qələbə qazanıblar.

7 turdan sonra Azərbaycanın 11 xalı var. Biz yalnız 12 xala malik olan Rusiyadan geri qalır və 2-ci yeri tuturuq. Çempionatın başa çatmasına isə iki tur qalıb.

Xatırladaq ki, dünən şahmatçılarımız Ermənistan komandasına qalib gəlmişdilər – 2,5:1,5.

Virtualaz.org 

BIR CAVAB BURAXIN