Antuan Qrizman: Gələcəyin futbol ulduzu olacağına inanılmayan oyunçu

0
713

 

Əziz Mustafa

 

Hazırda futbol üzrə Fransa yığma komandasının heyətində Avropa çemponatında iştirak edən və artıq rəqib qapısından bir top keçirməyi bacaran hücumçu Antuan Qrizmanın həyat yolu olduqca çətin və keşməkeşli keçib. 1991-ci il mart ayının 21-də Makon şəhərində anadan olan Antuan doğma atası kimi futbol karyerasına da burada başladı. Liondan 70 kilometr məsafədə yerləşən Makon şəhəri əslində o dövrdə Fransa futboluna verdiyi hansısa ulduz oyunçuları ilə öyünə bilməzdi. Bununla belə balaca Antuan ilk günlərdən futbolla ciddi şəkildə məşğul olmağa başladı. Uşaq yaşlarından Pavel Nedvedin heyranı olan Antuan özünü ona oxşatmağa çalışar, uzun saç saxlayar vəb una görə daim evdə və həmyaşıdları arasında gülüş hədəfinə çevrilərdi. Hətta 12 yaşı olanda buna görə doğma atası tərəfindən Antuan cəzalandırıldı. Bununla belə atasının verdiyi cəzaya baxmayaraq Antuan saçlarını qırxdırmadı və özünü meydanda belə Nedved kimi aparmaqda davam etdi. O atasının idman direktoru olduğu məktəbdə həmyaşıdı olan uşaqların arasında çoxlu qol vurmağı ilə seçilirdi. Ona görə də həmyaşıdları arasında ən istedadlı gənc uşaq hesab edilirdi. Oğlunun istedadını görən atası Antuanı Fransanın tanınmış futbol klublarına, o cümlədən “Lion”, “Soşo”, “Oser”, “Sent-Etyen”, “Mets” komandalarının futbol mütəxəssislərinə göstərdi. Lakin uşaq futbolunun gələcəyinə məsul olan və istedadlı uşaqları üzə çıxaran futbol mütəxəssislərindən heç biri Antuanın oyununu bəyənmədi. Onlar Antuanın texniki baxımdan hələ zəif olduğunu vurğulayaraq gəncə öz üzərində daha çox işləməyi tövsiyə edirdilər. “Mets”də hətta Qrizmana indinin özündə belə ağır gələn bir hadisə baş verdi. Orada əvvəlcə Antuanın oyununu bəyənmədilər. Sonra onu yenidən  komandaya çağırdılar və bəyəndiklərini bildiridlər. Lakin  cəmisi bir gün sonra “Mets” mütəxəssisləri baxışdan yaxşı keçmədiyini iddia edərək yenidən Antuanı geriyə, evlərinə göndərdilər. Oğlunun bundan üzüldüyünü görə anası Antuana: “Sən gələcəyin ən yaxşı futbolçusu olacaqsan. Mən buna inanıram. Bu gün səni bəyənməyənlər, o vaxt bundan peşman olacaqlar”,-deyə təsəlli vermişdi.

 

Uğursuzluq və xoş bir təsadüf

Oğlunun tanınmış futbol komandalarından birində  oynamaasını arzulayan atası Antuanı Monpelye şəhərinin eyni adlı komandasına apardı. Antuan “Monpelye”nin heyətində “Pari Sen Jermen”dən (PSJ) olan həmyaşıdları ilə oyunda meydana çıxdı. Ancaq oyundan sonra “Monpelye”nin  idman direktoru Antuana fiziki baxımdan zəif və qısaboylu olduğunu söyləyərək onu komandaya götürməkdən imtina etdi.

Antuan bu dəfə də özünə qarşı belə yanaşmadan həddindən artıq üzülmüş və hətta ağlamışdı. Deyəsən belə getsə ondan yaxşı futbolçu çıxmayacaq. Görünür futbol mütəxəssisləri səhv etmirlər, hər yerdə onların fikirləri üst-üstə düşür. Lakin gözlənilmədən bəxt balaca Antuanın üzünə güldü. O həyatının ən ağır anlarını yaşadığı bir anda “Monpelye” və PSJ-nin uşaq futbolçuları arasında keçirilən oyunu izləyən “Real” Sosyedadın uşaq futbolu üzrə mütəxəssisi Erik Olatson onlara yaxınlşadı. Olats Antuanın atasına onun oğlunun oyununu bəyəndiyini söylədi. Sonra isə o, Antuanı İspaniyaya- San Sebastyanın futbol məktəbinə dəvət etdi. Uzaq ölkəyə getmək və orada oynamaq Antuan və ailəsi üçün arzu edilən deyildi. Ancaq indiki vəziyyətində Olatsın bu təklifinmi qəbul etməkdən başqa çarələri də yox idi. Beləliklə Antuan İspaniyaya getməli oldu. Antuanın valideynləri də ümid edirdilər ki, onu nəhayət İspaniyada gələcəyin futbol ulduzu kimi dəyərləndirə biləcəklər.  Həqiqətən də İspaniyada Antuanın gələcəyinə inandılar və o qısa müddətdə “Real “Sosyedadın aşağı yaş qrupunun ən məhsuldar oyunçularından birir oldu. 18 yaşında ikən Qrizman “Real” Sosyedadın əsas heyətində oynamağa başladı. Bu komandnaın heyətində o 5 yoldaşlıq görüşündə rəqib qapılarındna 4 top keçrərək ən tanınmış futbol mütəxəssislərini belə gözəl oyunu ilə özünə heyran qoydu. Yalnız bundan sonra Qrizman Fransanın gənclərdən ibarət yığma komandasının baş məşqçisinin diqqətini cəlb edə bildi. Antuan 18 yaşlılardan ibarət Fransa yığma komandasının heyətində Avropa çempionu oldu və finalda İspaniyanın qapısından 2 top keçrirərək komandasının çempion olmasında önəmli rol oynadı.

Gənc olmasına baxmayaraq Antuan “Real” Sosyedadda ən çox qol vuran oyunçulardan birinə çevrilmişdi. Baş məşqçi Lasarte Antuana inanır və onu daim daha yaxşı oynamağa ruhlandırırdı. Antun İspaniya La liqasında ilk qolunu isə “Real”ın heyətində 2009-cu il sentybar ayının 27-də vurdu. 2009-2010-cu illər mövsümündə Qrizman “Real”Sosyedadın heyətində 39 oyunda meydana çıxdı və rəqib qapılarından 6 top keçirdi. Artıq həmin dövrdə hamı Qrizmanı ən gənc futbol ulduzu kimi tərifləməkdə idi. 2010-cu ildə Qrizman19, 2011-ci ildə isə  20 yaşlılar arasında Fransa yığma komandasının şərəfini qorudu. 2011-2013-cü illərdə isə o Fransanın gənclərdən ibarət yığma komandasının əsas qol silahına çevrildi. Nəhayət 2014-cü ildə onu ölkənin əsas yığma komandasına dəvət etdilər. Bu, onun üçün böyük xoşbəxtlik demək idi. Halbuki bir vaxtlar doğma vətənində onun istedadına inanmır və getdiyi hər yerdə qapıları üzünə bağlayırdılar. 2010-cu ildə Antuan “Real” Sosyedadla 5 illik anlaşma imzaladı. 2013-2014-cü illər mövsümündə Qrizman komandasının heyətində 14 top vuraraq adını La Liqanın bombardirləri sırasına yazdırdı.

 

“Atletiko” Madriddə

Qrızmanın gözəl oyunu həmin dövrdə “Atletiko” Madridin baş məşqçisi Simeonenin də diqqətini cəlb etmişdi. Onun tövsiyəsi ilə  rəhbərlik 30 milyon avroya Qrızmanı “Real” Sosyedaddan “Atletiko”ya  transfer etdi. Qısa müddətdə “Atletiko”nun oyun taktikasına uyğunlaşan Qrizman burada da qolları sıralamağa başladı. 2014-2015-ci illər mövsümündə fransız futbolçu 30 oyunda rəqib qapılarından 18 top keçirdi. Ümumiyyətlə isə Qrizman son iki mövsümdə “Atletiko” Madridin heyətində73 oyunda meydana çıxıb və rəqib qapılarından 43 top keçirib. Bununla belə 2015-2016-cı illər Çempionlar liqasının finalı Qrizmanın karyerasında ən xoşagəlməz hadisələrdən biri kimi yaddaşlarda qalacaq. Belə ki, “Atletiko” Madrdin “Real” Madridlə Çempionlar liqasının final oyununda Qrizman11 metrlik cərimə zərbəsini qola çevriə bilməyərək komandasının fəxri mükafatı əldən verməsinin əsas səbəbkarı oldu. Bununla belə Qrizmanın “Atletiko” Madriddə qazandığı uğurlar, göstərdiyi gözəl oyun göz qabağındadır. “Real” Sosyedadla müqayisədə “Atletiko” Madriddə Qrizman daha yüksək səviyyəli oyun nümayiş etdirir. Fransa yığma komandasının heyətində Brazliliyada keçirilən dünya çempionatında Qrizman 5 oyunda meydana çıxdı və rəqib qapılarından bir top keçirdi. Ümumiyyətlə isə Qrizman hazırda davam edən Avropa çempionatı nəzərə alınmadan Fransa yığmasının heyətində 25 oyunda 7 dəfə rəqib torunu silkələyib.  Avropa çempionatında isə Qrizman Albaniyanın qapısına vurulan iki topdan birinin miəllifi olub.

Qeyd edək ki, Qrizmanın valideynləri onun oyunundan çox məmnundurlar və bir zaman balaca Antuanın İspaniyaya getməsinə mane olmadıqları üçün talelərinə təşəkkürlər edirlər.  Fransa yığma komandasının baş məşqçisi Didye Deşam da Qrizmanın oyunundan məmnun qaldığını dəfələrlə bəyan edib. Didye Deşam Qrizman haqqında belə deyir: “Qrizmanı dünya çempionatı ərəfəsində komandama cəlb etdim. O, Brazliyada çox yaxşı oynadı. Antuan texnikalıdır və hər iki ayağı ilə oynamağı bacarır. O hazırda yığma komandamızın ən önəmli futbolçularından biridir və mən ona böyük ümidlər bəsləyirəm”.

Qrizmann Avropa çempionatında vurduğu 6 qolla yeni rekord bombardirlərin siyahıısna rəhbərlik edir. Məhz onun vurduğu qollar sayəsində Fransa  Avropa çempionatının finalına vəsiqə qazanıb. Qrizmanın  Avropa çempionatının ən yaxşı oyunçusu seçiləcəyi də şübhə doğüurmur. Bir sözlə Qrizman Avropa çempionatının obrazlı şəkildə desək kəşfi , ulduzu futbolçusu hesab edilməyə layiqdir.

BIR CAVAB BURAXIN