Kosmosda insan yaşamı üçün ideal məkanlar tapıldı

0
618

Kosmosda insan yaşamı üçün ideal məkanlar tapıldı: LAVA TUNELLƏRİ

Avropa Astronomiya Toplumu (EAS) İtaliya professorlarının iştirakı ilə Ay və Marsda insanların yaşaya bilməsi üçün ideal məkanlar aşkar edib.

Publika.az xəbər verir ki, mütəxəssislərin verdiyi açıqlamaya görə, Ay və Marsda vulkanların boşalmış kraterlərində yaranan mağaralar insanların ilkin yaşayış məskəni olması üçün ideal məkanlar hesab edilir.

Kraterlərdəki lava tunelləri lavaların birdən-birə soyuması nəticəsində əmələ gəlir. Elm adamları bu lava tunellərinin gələcəkdə sözügedən göy cisimlərində koloniya qurmaq istəyən insanları kosmik radiyasiya və kiçik meteorit yağışlarından qoruya biləcəyini düşünür.

İspaniyanın Kanarya adaları, Keniyada yerləşən Leviyafan və Havaydakı Kazumura mağarasında da eyni quruluşa malik olan lava tunelləri aşkar edilib. İtaliyalı araşdırmaçılar Yer planeti ilə Ay və Marsda yerləşən lava tunellərinin dəqiq və aydın fotolarını müqayisə edib.

Müqayisə nəticəsində Ay və Marsdakı cazibə qüvvəsinin Yer planetinə nisbətən daha az olduğu ortaya çıxıb. Buna görə də orada yerləşən lava tunellərinin ömrü Yerdəkinə nisbətən daha uzundur. Bu fərq özünü tunellərin həcmində də göstərir. Belə ki, Yerdəki tunellər 30 metr, Aydakılar isə 250 metr genişliyə, 1 km uzunluğa malikdir.

BIR CAVAB BURAXIN