“Ayaks” ssenarisi

0
620

11

II Dünya müharibəsindən sonra İranı sosializm ölkəsinə çevrilməkdən qoruya bilən ABŞ və onun əsas müttəfiqi Böyük Britaniya faktiki olaraq adı çəkilən ölkə üzərində nəzarəti ələ almışdılar. İranın zəngin neft strukturları Böyük Britaniya şirkətlərinin nəzarəti altına keçmişdi və onlar bundan on milyonlarla dollar gəlir götürürdülər. İranda isə həmin dövrdə bundan narazılıq artmaqda idi. Böyük Britaniya şirkətləri də bu narazılığı görür və gec-tez İranın neftdən daha çox özünə pay tələb edəcəyini hiss edirlər. Ona görə də Böyük Britaniya şirkətləri vəziyyətdən çıxış yolları axtarır və İranda özləri üçün əlverişli olmayan Baş nazir Məhəmmədi Müsəddiqi devirmək üçün əlverişli məqam gözləyirdilər. Bunu necə həyata keçirməkdə çətinlik çəkdikləri bir vaxtda İrandakı Qərbə sərf etməyən baş nazir Müsəddiqi hakimiyyətdən devirməyi planlaşdıran MKİ onların köməyinə gəldi.

MKİ vəziyyətdən çıxış yolunu İranda dövlət çevrilişində görürüdü. MKİ-nin dövlət çevrilişi planı Londonda müsbət qarşılanmışdı. Nəticədə MKİ-də İranda dövlət çevrilişi edilməsini nəzərdə tutan “Ayaks” planı işlənib hazırlandı. Bu arada isə Müsəddiq ölkədəki ingilis şirkətlərinin milliləşdirildiyini elan etdi. Müsəddiqə qarşı çevrilən “Ayaks” planının birinci mərhələsində ölkədəki mətbuatı ələ almaq və bundan istifadə edərək baş naziri gözdən salan məlumatlar yayılması önə çıxarılmışdı. Bu yolla MKİ ölkədə dövlət çevrilişini asanlıqla həyata keçirmək niyyətində idi. Həmin dövrdə İran mətbuatının 80 faizini pulla öz tərəfinə keçirməyə nail olan MKİ bununla da Müsəddiq əleyhinə çirkin təbliğat maşınını işə saldı. MKİ tərəfindən hazırlanan ssenari əsasında deputaların dili ilə Müsəddiq əleyhinə yazılar verirdilər. Bu yazılarda Müsəddiq az qala xalq düşməni kimi günahlandırılır, onun üzərinə ağlagəlməz böhtanlar atılırdı. Guya Müsəddiq və onun tərəfdarları rüşvətxor və İranı istəməyənlərdirlər. MKİ-də Müsəddiq əleyhinə hazırlanan sifarişli yazılar, karikaturalar diplomatik poçtla İrana gətirilir, sonra isə ələ alınan mətbuat orqanlarına ötürülürdü. Müsəddiqi hörmətdən salmaq üçün yüksək səviyyəli məmurlar, xalq arasında hörməti olan şəxslər pulla ələ alınırdı. Onlar isə mətbuatda Müsəddiq əleyhinə hər gün yeni “ifşaedici” faktlarla çıxış edirdilər. Bu məqsədlə yəni məmurların, jurnalistlərin, İrandakı hörmətli adamların ələ alınmasına qısa müddətdə MKİ tərəfindən on milyonlarla dollar xərcləndi. Buna paralel olaraq MKİ Müsəddiq əleyhidarlarına böyük həcmdə pul paylamaqda davam edirdi. Lakin MKİ Müsəddiqi xalq arasında gözdən salmaq məqsədi ilə başqa bir planını da işə salmışdı. Belə ki, Müsəddiq əleyhdarlaından yalançı TUDƏ (İran Kommunist Partiyası) qrupları hazırlayan MKİ onları Tehranın küçələrinə çıxarmışdılar. Yalançı TUDƏ-çilər hər gün mitinqlər keçirərək “Yaşasın Məhəmməd Müsəddiq”, “Yaşasın Sovet İttifaqı”, “Komunizm qələbə çalacaq, İranda şura hökuməti qurulacaq” şüarları səsləndirirdilər. Lakin heç kim bu yalançu TUDƏ-çilərin kimliyi ilə maraqlanmırdı. Eyni zamanda MKİ öz təxribatçıları vasitəsi ilə məscidlərdə partlayışlar törədir və bunun günahını Müsəddiqin tərəfdarlarının üzərinə atırdılar. MKİ Müsəddiq rejiminə qarşı mübarizədə həm də cinayətkar qruplardan istifadə edirdi. Pulla ələ alınan bu cinayətkar qruplar küçələrdə özbaşınalıq edir, mağazaları dağıdır, məscidlərdə namaz qılan əhalini hədələyirdilər. Onlar addımbaşı “Biz Müsəddiqi və kommunizmi sevirik” şüarlarını qışqırırdılar. MKİ qarşı tərəfin yəni kommunizm əleyhidarlarını da pulla ələ alaraq küçələrə çıxardı. Nəticədə bu iki qrup arasında əlbəyaxa döyüşlər gedir, onlarla, yüzlərlə adam bədən xəsarətləri alırdılar. Nəticədə hər gün Tehranın küçələrində qan su yerinə axmaqda davam edirdi. Bundan istifadə edən qəzetlər isə dərhal baş verənlərdə Müsəddiq hökumətini günahlandırırdılar. “Ayaks” planını yerinə yetirməyə məsul edilmiş Kermit Ruzvelt həmçinin ölkədəki ən imkanlı iş adamlarını pulla ələ almışdılar. Onların arasında İranda xüsusi nüfuza malik olan Rəşidi qardaşları və onların 3 oğlu da vardı. Rəşidi qardaşları və oğlanları İranda bank fəaliyyətinə nəzarət edirdilər. MKİ-nin maliyyəsi ilə parlamentin deputatlarının böyük hissəsini öz tərəflərinə çəkməyi bacaran Kermit Ruzvelt faktiki İran daxilində Müsəddiq rejiminə qarşı 5-ci kolonna formalaşdıra bilmişdi.

MKİ Müsəddiqə qarşı mübarizədə dini ekstremistlərdən də gen-bol istifadə etməkdə idi. MKİ-nin pulla ələ aldığı bu ekstremist qruplar Müsəddiqi gözdən salmaq məqsədi ilə planlı şəkildə mütəmadi olaraq məscidlərə hücumlar təşkil edirdilər. Ekstremist qrupların digər hissəsi isə MKİ-dən gələn göstərişlə Müsəddiq tərəfdarlarına hücumlar edir, onların evlərini yandırır və bunu onlardan gələn təhlükə ilə əlaqələndirirdilər. Bütün baş verənlərdə isə Müsəddiq və kommunistlər günahlandırılırdı. Müsəddiqə qarşı mübarizə və onu devirmək məqsədi ilə MKİ silahlı qruplar təşkil etməyə başladı. Bu silahlı qrupları silahla təmin etmək və onlardan Müsəddiq rejiminin devrilməsi məqsədi ilə MKİ İrana böyük həcmdə silah-sursat göndərmişdi. Xüsusi gizli yerlərdə saxlanılan bu silah-sursat 10 min nəfəri 6 ay ərzində silah və döyüş sursatı ilə təmin etməyə imkan verəcəkdi. Beləliklə MKİ Böyük Britaniyadan olan həmkarları ilə birgə faktiki olaraq qısa müddətdə Müsəddiqin devrilməsi planını tam şəkildə hazırlaya bilmişdi. Nəticədə Müsəddiq əleyhinə üsyan baş verdi və o devrildi. Müsəddiqi dövlətə xəyanətdə ittiham edərək ona 3 il həbs cəzası kəsdilər. Halbuki onun günahı yalnız ingilis şirkətlərini milliləşdirməsi idi. Cəzasını çəkəndən sonra isə o ömrünün sonuna qədər ev dustağı kimi yaşadı. “Ayaks” planından sonralar da MKİ digər ölkələrdə çevriliş etmək üçün gen-bol istifadə etdi və hazırda da etməkdə davam edir.

Qeyd: Bu yazı, “stoletie.ru”, “chrontime.com”, “e-reading.club”, “rulit.me” saytlarına istinadən hazırlanıb və yazıda yer alan iddialar bu saytlara məxsusdur

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

20 − 18 =