Aya turist səfəri olacaq

0
742

SpaceX şirkəti bildirib ki, gələn il Aya iki turist aparacaq.

İnsanın Yerin təbii peykinə son səfəri yarım əsr bundan əvvəl NASA-nın Apollon missiyaları ilə həyata keçirilib.

Texnologiyalar milyarderi, şirkətin təsisçisi Elon Musk bu sensasiyalı xəbəri bəyan edərkən deyib ki, Aya turist səfəri üçün iki nəfər şirkətə müraciət edib.

SpaceX “bir-birinə tanış olan” bu iki nəfərin adlarını hələlik açıqlamayıb.

Sadəcə olaraq bildirilib ki, onlar bir həftə davam edəcək səfər üçün “əhəmiyyətli məbləğdə beh veriblər”.

Cənab Musk habelə deyib ki, SpaceX NASA astronavtlarının Beynəlxalq Kosmik Stansiyaya çatdırılması üçün 2018-ci ilin ortalarında bir neçə missiya təşkil edəcək.

Lakin Aya sözü gedən “turist missiyası” ilin sonlarına yaxın baş tutacaq.

İki turisti Aya texnologiyalar milyarderi Elon Musk göndərəcək

İki turisti Aya texnologiyalar milyarderi Elon Musk göndərəcək

Bu məqsədlə Dragon ekipaj kapsulundan və Falcon ağır raketindən istifadə olunacaq.

Cənab Musk “Ay turistləri” barədə deyib ki, onlar yeni eranın başlanğıcını qoyurlar və qarşılaşa biləcəkləri riskləri başa düşürlər.

“Onlar sadəlövh deyillər, biz də öz növbəmzidə riskləri minimuma yaxınlaşdırmağa çalışırıq” – deyib SpaceX rəhbəri.

Jurnalistlərin israrlı suallarına baxmayaraq cənab Musk turistlərin nəinki adlarını açmayıb, onların heç cinsiyyəti barədə də məlumat verməyib. Şirkət rəhbəri yalnız bunu deyib ki, turistlər Hollivuddan deyillər.

Bu da qeyd olunur ki, kainat gəmisi Aya çatsa da, turistlər onun səthinə enməyəcək, onun ətrafında dövrə vuraraq və Yerə qayıdacaqlar.

Yerdən Ayadək məsafə 386 min kilometrdir.

BIR CAVAB BURAXIN