Mir Cəlal adına hekayə müsabiqəsi elan edildi – ŞƏRTLƏR

0
715

Azərbaycanın mənəvi sərvətlərini təbliğ edən “Ədibin evi” (XX əsr ədəbiyyatının klassiki  Mir Cəlalın 1930-1940-cı illərdə yaşadığı ünvan) müasir Azərbaycan ədəbi prosesinin inkişafına təkan vermək məqsədi ilə Mir Cəlal adına Hekayə müsabiqəsi

 

Elan edir

 

Qaydalar və şərtlər

 

– Hekayənin həcmi 2000 (iki min) sözdən çox olmamalıdır;

– Hekayənin məzmunu və yazıldığı dil ilə bağlı məhdudiyyət yoxdur;

– Çap olunmuş hekayələr qəbul edilmir;

-Hekayələr elektron şəkildə info@edibinevi.az və ya poçtla Bakı, İçərişəhər, Kiçik Qala küçəsi 18 ünvanına 1 aprel 2018-ci il tarixinə qədər göndərilməlidir.

 

Mükafatlar:

 

I yer: 3000 Azn    

II yer: 2000 Azn (iki mükafat)

III yer: 1000 Azn (üç mükafat)

 

Qaliblər Xalq Yazıçısı Elçinin sədrliyi ilə  tanınmış yazıçı və tənqidçilərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək və 2018-ci ilin aprel ayında, Mir Cəlalın 110 illik yubileyi ərəfəsində “Ədibin Evi”ndə keçiriləcək tədbirdə mükafatlandırılacaqlar.

 

Müsabiqənin davamlı olacağı nəzərdə tutulur.

 

Əlaqə: +99450 254 12 17 / info@edibinevi.az / Kiçik Qala küçəsi 18, İçərişəhər, Bakı

 

BIR CAVAB BURAXIN