AXC-nin 100 illik yubileyi 311 №-li tam orta məktəbdə də qeyd olundu

0
533

Bakı şəhər 311 №-li tam orta məktəbdə “Şərqin Günəşi” mövzusuna həsr olunmuş tədbir keçirildi.

Arazinfo.com-un verdiyi xəbərə görə, tədbir “Tariximizə Sahib Çıxaq” tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qəhrəmanlıq tariximizin məktəblilər arasında təbliğinin təşkili” layihəsi çərçivəsində təşkil olunmuşdu. Dövlət himni səsləndirildikdən sonra məktəbin direktoru Esmira Muradova çıxış edərək gələn qonaqları və müəllim-şagirdləri salamlayaraq həyata keçirilən layihənin tarixi əhəmiyyətindən danışdı. Tədbir məktəb şagirdlərinin çıxışları ilə davam etdi. Azərbaycan Cümhuriyyəti tarixinə aid slaydlar göstərildi, Cümhuriyyət qurucularının həyatı, fəaliyyətləri haqqında geniş məlumat verildi. Tədbir boyunca şagirdlərin ifasında müxtəlif vətənpərvərlik mahnıları, şeirlər oxundu, musiqi səsləndirildi. İlk olaraq çıxış edən məktəbin tarix müəllimi Nəcəfalı Cahangirli istiqlala gedən yoldan danışdı.Daha sonra AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli çıxış edərək Azərbaycan tarixində Cümhuriyyət qurucularının rolundan, Cümhuriyyətin dərslərindən geniş danışdı. Şagirdlərə onların fəaliyyətini öyrənməyi və dövlətimizi sevməkdə onlara oxşamağı tövsiyyə etdi. Çıxış edən AMEA Rəyasət Heyətinin “Türkologiya” jurnalının məsul katibi, fil.ü.f.d. Elçin İbrahimov Cümhuriyyət dövründə Paralmentin qəbul etdiyi qanunlara, o cümlədən Dil haqqında məsələlərə toxunaraq bunun böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Bundan sonra çıxış edən AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, f.ü.f.d., dosent Faiq Ələkbərli tariximizə səyahət edərək şagirdlərə tariximizin qaranlıq səhifələrini anlatdı və qeyd etdi ki, 50 milyonluq Azərbaycan millətinin ən azı 10 faizi milli özünədərketmə şüuruna sahib olsa, nəinki işğal altında olan Qarabağ torpaqlarına, o cümlədən Bütöv Azərbaycanın hər bir qarış torpağına sahib çıxa bilərik. Tədbirin sonunda çıxış edən “Tariximizə sahib çıxaq” İctimai Birliyinin sədri Araz Şamilov keçirilən tədbirin əsas məqsədlərinə toxunaraq Cümhuriyyətin tariximizdə oynadığı məqamlardan danışdı. O, məktəb rəhbərliyinə, tədbirdə bu layihəyə kömək edən müəllimlərə, çıxış edən və iştirak edən şagirdlərə öz minnətdarlığını bildirdi və müəllifi Türkiyə Respublikasının Prezidentinin müşaviri Professor Dr. Seyit Sertçelik olan “Rus və Erməni Mənbələri İşığında Erməni Problemi” və “Meydana Çıxma prosesi” adlı “1678-1914” və “1915-1923”-cü illəri əhatə edən iki cildlik kitabları məktəbin kitabxanasına bağışladı. Tədbirin sonunda çıxışları ilə fərqlənən şagirdlərə “Tariximizə Sahib Çıxaq” tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi tərəfindən diplomlar təqdim edildi.

BIR CAVAB BURAXIN