Avropadan Rusiyaya qarşı yeni sanksiya zərbəsi

0
648

Avropa İttifaqı Şurası Ukraynanın ərazi bütövlüyünün pozulmasına görə məsuliyyətli hesab olunan 146 fiziki və 37 hüquqi şəxs barəsində fərdi sanksiyaların müddətini 2017-ci il mart ayına qədər uzadıb.
“Report” xəbər verir ki, Avropa İttifaqının (Aİ) sanksiya siyahısına milyarderlər Arkadi Rotenberq və Yuri Kovalçuk, biznesmenlər Konstantin Malofeyev, Nikolay Şamalov, eləcə də Dövlət Dumasının deputatları və Federasiya Şurasının üzvləri Sergey Jelenyak, Sergey Mironov, Leonid Slutski və başqaları daxildir.
Fərdi sanksiyalar Avropa İttifaqı ölkələrinə girişi qadağan edilməsini və aktivlərin dondurulmasını nəzərdə tutur.

 

BIR CAVAB BURAXIN