Avropa Parlamenti Türkiyə ilə müzakirələrin dondurulmasına qərar verdi

0
600

11

Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı 2005-ci il oktyabrın 3-də başlanan müzakirə prosesinin müvəqqəti dondurulması haqqında qərar qəbul edib. APA-nın “Hürriyet”ə istinadən yaydığı xəbərə görə, 479 parlamentar qərarın lehinə səs verib, 107-si bitərəf qalıb, 37-si isə əleyhinə çıxıb.
Qeyd edək ki, Avropa Parlamentinin qərarları tövsiyə xarakterlidir. Türkiyə ilə üzvlük müzakirələri yalnız Avropa İttifaqı Şurasının qərarı ilə dayandırıla bilər.

BIR CAVAB BURAXIN