Avropa Oyunlarının aqibəti necə olacaq?

0
337

Bu həftənin cümə günü Slovakiyanın paytaxtı Bratislava şəhərində Avropa Olimpiya Komitəsinin (AOK) İcraiyyə Komitəsinin iclası keçiriləcək. Müzakirələrin əsas mövzuları təşkilatın həbs edilmiş prezidenti Patrik Hikki və Avropa Oyunlarının sonrakı taleyi olacaq.

Məlum olduğu kimi, Hikki avqustun 17-də Rio-de-Janeyroda biletlərlə bağlı dələduzluqda şübhəli bilimərək saxlanılıb. Hazırda irlandiyalı məhkəmə qarşısında cavab verməyə hazırlaşır. Avqustun 29-da onun səlahiyyətləri sloveniyalı Yanez Koçiyançiçə verilib.

Hikkinin həbsi Avropa Oyunları ətrafında vəziyyəti daha da mürəkkəbləşdirib. İkincisi 2019-cu ildə keçirilməli olan bu Oyunların gələcəyi necə olacaq?

Hikki 2015-ci ildə Birinci Avropa Oyunlarının Bakıda keçirilməsinin əsas hərəkətverici qüvvəsi idi. Lakin nə o, nə də AOK Bakının davamçısını tapa bilmədilər. Müəyyən bir anda 2019-cu ilin Avropa Oyunlarını keçirmək üçün Rusiya təşəbbüs irəli sürsə də, bu ilin iyun ayında dopinq qalmaqalı üzündən Beynəlxalq Olimpiya Komitəsi şimal qonşumuza Avropa Oyunlarının keçirilməsini qadağan edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

one × one =