Avropa Liqasının qrup mərhələsinin ilk oyunları başa çatıb

0
356

Avropa Liqasının qrup mərhələsinin ilk oyunları başa çatıb. Qitənin ikinci dərəcəli klub turnirindəki təmsilçilərimizdən “Qəbələ” səfərdə “Anderlext”lə, “Qarabağ” isə evdə “Slovan”la qarşılaşıb.

 

“Qəbələ”nin yer aldığı C qrupunda “Maynts” “Sent-Etyen”lə 1:1 hesablı heç-heçə edib. “Qarabağ”ın mübarizə apardığı J qrupunda isə “Fiorentina” səfərdə PAOK-la qolsuz bərabərliyə razılaşıb.

 

A qrupunda “Feyenoord” evdə “Mançester Yunayted”ə qalib gəlib. Bu qrupun digər oyununda “Fənərbaxça” Ukraynada “Zarya” ilə bacarmayıb – 1:1.

 

E qrupunda mübarizə aparan “Roma” isə səfərdə “Qarabağ”ı Çempionlar Liqasından kənarlaşdırmış “Viktoriya” ilə “sülh bağlayıb” (1:1).

 

Günün ən gözlənilməz nəticələrindən biri isə Milanda qeydə alınıb. “İnter” doğma meydanda İsrail “Hapoel”inə (Byer-Şeva) uduzub – 0:2.

 

Avropa Liqası

Qrup mərhələsi

15 sentyabr

 

A qrupu

“Feyenoord” (Hollandiya) – “Mançester Yunayted” (İngiltərə) – 1:0
Qol: Trindade, 19.

“Zarya” (Ukrayna) – “Fənərbaxça” (Türkiyə) – 1:1
Qollar: Qreçişkin, 52 – Kyaer, 90+6

 

B qrupu

“Yanq Boyz” (İsveçrə) – “Olimpiakos” (Yunanıstan) – 0:1
Qol: Kambyasso, 42.

 

APOEL (Kipr) – “Astana” (Qazaxıstan) – 2:1
Qollar: Vinisius, 75. De Kamarqo, 87 – Maksimoviç, 45+1.

 

C qrupu

“Anderlext” (Belçika) – “Qəbələ” (Azərbaycan) – 3:1
Qollar: Teodorçik, 14. Rafael Santos, 41-avtoqol. Kapel, 77 – Dabo, 20.

 

“Maynts” (Almaniya) – “Sent-Etyen” (Fransa) – 1:1
Qollar: Bunqert, 57 – Beriç, 88.

 

D qrupu

“Alkmaar” (Hollandiya) – “Dundalk” (İrlandiya) – 1:1
Qollar: Vuytens, 61 – Kilduff, 89.

 

“Makkabi” (Təl-Əviv, İsrail) – “Zenit” (Rusiya) – 3:4
Qollar: Medunyanin, 26; 70. Kyartansson, 50 – Kokorin, 77. Mak, 84. Culiano, 86. Dyordyeviç, 90+2

 

E qrupu

“Viktoriya” (Çexiya) – “Roma” (İtaliya) – 1:1
Qollar: Bakoş, 11 – Perotti, 4 (pen.)

 

“Astra” (Rumıniya) – “Austria” (Avstriya) – 2:3
Qollar: Alibek, 18. Sapunaru, 74 – Holtshauzer, 16 (pen.), Frizenbixler, 33. Qrünvald, 58.

 

F qrupu

“Rapid” (Avstriya) – “Genk” (Belçika) – 3:2
Qollar: Şvab, 51. Colinton, 59. Kolli, 60 (avtoqol) – Beyli, 29; 90 (pen)

 

“Sassuolo” (İtaliya) – “Atletik” (İspaniya) – 3:0
Qollar: Lirola, 60. Defrel, 75. Politano, 82.

 

G qrupu

“Standard” (Belçika) – “Selta” (İspaniya) – 1:1
Qollar: Dossevi, 3 – Rossi, 13.

 

“Panatinaikos” (Yunanıstan) – “Ayaks” (Hollandiya) – 1:2
Qollar: Berq, 5 – Traore, 34. Ridevald, 67.
H qrupu

“Konyaspor” (Türkiyə) – “Şaxtyor” (Ukrayna) – 0:1
Qol: 
Ferreyra, 76.

 

“Braqa” (Portuqaliya) – “Gent” (Belçika) – 1:1
Qollar: Andre Pinto, 24 – Miliçeviç, 6.

 

İ qrupu

“Zalsburq” (Avstriya) – “Krasnodar” (Rusiya) – 0:1
Qol: Joazinyo, 37.
“Nitsa” (Fransa) – “Şalke” (Almaniya) – 0:1
Qol: 
Baba Rahman, 75

 

J qrupu

“Qarabağ” (Azərbaycan) – “Slovan” (Çexiya) – 2:2
Qollar: Migel Madera, 6. Rəşad Sadıqov, 90+4 – Yan Sikora, 1. Milan Baroş, 68.

 

PAOK (Yunanıstan) – “Fiorentina” (İtaliya) – 0:0

 

K qrupu

“İnter” (İtaliya) – “Hapoel” (Byer-Şeva, İsrail) – 0:2
Qollar: Migel Vitor, 54. Buzaqlo, 69.

 

“Sauthempton” (İngiltərə) – “Sparta” (Çexiya) – 3:0
Qollar: Ostin, 5-pen; 27. Rodriqes, 90+2.

 

L qrupu

“Osmanlıspor” (Türkiyə) – “Styaua” (Rumıniya) – 2:0
Qollar: 
Diabete, 64-pen. Umar, 74.
“Vilyarreal” (İspaniya) – “Sürix” (İsveçrə) – 2:1
Qollar: Pato, 28. Dos Santos, 45+1 – Sadiku, 2

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

thirteen + nineteen =