Tarixçi alim Yaqub Mahmudov haqda VİDEOtəqdimat hazırlandı

0
861

Fevralın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudovun 78 yaşı tamam olur.

 

Yaqub Mahmudov Azərbaycan Ensiklopediyasında (elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini), Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU-da; baş müəllim, dosent) və BDU-da (dosent, kafedra müdiri, dekan müavini, dekan) işləyib, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası sədrinin müavini və “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışıb. O, 2004-cü ildən Tarix İnstitutunun direktorudur.

 

Y.Mahmudov 1999-cu ildə mərhum dövlət başçısı Heydər Əliyevin fərmanı ilə Azərbaycanda tarix elminin inkişafındakı xidmətlərinə və respublikanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni, 2009-cu ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda tarix elminin tədqiqi və tədrisində böyük xidmətlərinə görə “Şərəf” ordenilə təltif olunub.

 

Z.Alilinin Yaqub Mahmudovun elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hazırladığı videotəqdimatı təqdim edirik.

BIR CAVAB BURAXIN