Günün lətifəsi: Karapetyanın yuxusu, Putinin yuxusu

0
494

Sosial şəbəkə istifadəçiləri gündəmdəki mövzuyla bağlı siyasi lətifə göndəriblər. Lətifə belədir.

***

Ermənistanın baş naziri Serj Sarkisyanın devrilməsindən, ermənilərin Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirərək Rusiya prezidenti Putini təhqir etməsindən sonra baş nazir səlahiyyətlərini icra edən Karen Karapetyan aradakı gərginliyi yumşaltmaq məqsədi ilə Putinə zəng vurub deyir: “Vladimir Vladimirpviç, dünən gecə bir yuxu görmüşəm. Görürəm ki, Moskvanın küçələri “Yaşasın Rusiya-Ermənistan qardaşlığı!” şüarları ilə dolub-daşır. Çox xoş, ürəkaçan yuxuydu”.

Putin Karapetyana cavab verir: “Karen Vilhelmoviç, mən də bir yuxu görmüşəm. Görürəm ki, İrəvanın küçələrində çoxlu şüarlar, tranaparantlar var, hamısı da Azərbaycan dilində. Amma nə yazıldığını bilmədim, o dili bilmirəm. Qorxunc yuxuydu”.

Musavat.com

BIR CAVAB BURAXIN