Argentina Böyük Britaniyaya nota verib

0
257

Böyük Britaniyanın 15-29 oktyabr tarixlərində Folklend (Malvin) adalarında hərbi təlimlər keçirməyə hazırlaşması Argentinada etirazlarla qarşılanıb.

Mediainfo.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Böyük Britaniyanın Buenos-Ayresdəki səfiri Argentina Xarici İşlər  Nazirliyinə çağrılaraq ona hərbi təlimlərlə bağlı etiraz notası təqdim edilib. Notada  Argentinanın özünün işğal edilmiş ərazisində hərbi təlimlər keçirilməsinə etirazı bildirilir və buna görə bütün məsuliyyətin qarşı tərəfin üzərinə düşəcəyi barədə xəbərdarlıq edilir.

Xatırladaq ki, 1982-ci ildə Folklend (Malvin) adaları ilə bağlı İngiltərə ilə Argentina arasında müharibə baş verib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

12 + 6 =